Bizi sosial şəbəkələrdən izləyin:
"Hər yazının altındakı məzmunlu ittihamları görmək real olmadığı üçün (nə qədər şərh yazsanız da!), mən bu postu yazmaq qərarına gəldim. Şərhlərdə dəyərli istifadəçilərimiz mənə qarşı ittihamlarını yaza bilərlər, məzmunlu olanlara isə ən qısa zamanda, ayrıca cavab verəcəm.
Moderator.az xəbər verir ki, News.am-ın yaydığı məlumata görə, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində - "Atəş divarı” adı qoyduğu postunda yazıb.
“Təbii ki, söyüşlərə, təhqirlərə, xüsusən də təhqirlə cavab verməyəcəyəm və bir xristian olaraq bu cür yazıları yazanları əvvəlcədən bağışlayıram.
Dəstək sözləri yazanlar isə hamınızı sevirəm və bu postun altında aktiv olmamağa çağırıram ki, mənim üçün əsaslı ittihamları tapmaq daha asan olsun”, - deyə Paşinyan əlavə edib.
S.Laçın