Əsəd rejiminin İsraillə təmaslarına dair sənədlər aşkarlandı... -
Ekskluziv
1077
07:39, Bu gün

Əsəd rejiminin İsraillə təmaslarına dair sənədlər aşkarlandı... -"Sky News"

Əbu-Dabidən yayımlanan "Sky News" kanalının ərəb redaksiyası Suriyada Qüds və Dəməşq arasında əlaqələri göstərən gizli sənədlərin aşkar edildiyini bildirib. 
 
Moderator.az bu haqda İsrail mediasına istinadla məlumat yayıb.
 
Kanalın dərc etdiyi sənədlər sosial şəbəkələrdə yerləşdirilib, amma onların həqiqiliyi sübuta yetirilməyib. Əgər sənədlər həqiqidirsə, onlar göstərir ki, Təl-Əviv  İran və onun müvəkkillərinin Suriya ərazisində olması ilə bağlı Dəməşqlə dəfələrlə əlaqə saxlayıb.
 
Sənədlərin bəziləri Əsədin hərbi idarəsinin rəsmi blankında çap edilib və Əsədin kəşfiyyat idarəsinin rəhbəri tərəfindən imzalanıb, baxmayaraq ki, onlar milli təhlükəsizlik xidmətinin kəşfiyyat rəhbəri üçün nəzərdə tutulub...
 
Əsəd hökumətindəki müdafiə nazirinin dəftərxanasına təhvil verildiyi iddia edilən sənədlərdə "Musa" ləqəbli İsrail agentinin mesajları var. Onlar Suriyanı Hizbullaha dəstək verməkdə ittiham edir və həmçinin Bəşər Əsədə qarşı təhdidlər də ehtiva edirlər.
 
Məsələn, 2023-cü ilin aprelindən olan sənəddə deyilir ki, Suriya iranpərəst yaraqlılara öz ərazisindən ballistik raket və pilotsuz uçan hücum aparatını buraxmağa icazə verib.

“Söhbət qısa müddət ərzində baş verən iki fövqəladə hadisədən gedir. Buna cavab olaraq Suriya ordusunun 4-cü diviziyasının komanda məntəqələrinə və digər hədəflərə hücum etdik. Suriya suveren dövlətdir və öz ərazisində baş verənlərə görə məsuliyyət daşıyır. Sizin ərazinizdən İsrailə qarşı düşmənçilik hərəkətləri dayandırılmalıdır, əks halda güc tətbiq edəcəyik və bunun əvəzini siz yüksək şəkildə ödəyəcəksiniz”, - sənəddə belə deyilir.

S.Laçın

Link kopyalandı!
Son xəbərlər