Ekskluziv
2240
08 Dec 2024 | 18:02

"İsrail Qəzzada insanlığa qarşı müdhiş cinayətlər törədir" - Françeska Albanеze

"Kənarda dayanıb Qəzzadakı soyqırıma görə göz yaşı tökmək mənasızdır, qətiyyətli tədbirlər görülməlidir..."
 
İsrailin təcrid edilmiş Qəzza bölgəsinə soyqırımına son qoymaq üçün qətiyyətli tədbirlər görülməlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albaneze Vyana Universitetində təşkil edilən konfransda bəyan edib. Məlumatı "Anadolu Ajansı" agentliyi yayıb.
 
"Kənarda dayanıb Qəzza bölgəsində davam edən soyqırıma görə göz yaşı tökməyin mənası yoxdur. Bu müdhişliyə son vermək üçün tədbirlər görməyin və bütün mümkün olanları etməyin zamanı yetişib", - Albaneze vurğulayıb.
 
Xüsusi məruzəçi qeyd edib ki, İsrail Qəzzada insanlığa qarşı cinayətlər və hərbi cinayətlər törədir. "Qəzza bölgəsində baş verənləri müharibə adlandırmaq olmaz, müharibələrin qaydaları olur, burada isə hər şey tamamilə məhv edilib", - Albaneze vurğulayıb.
 
O, həmçinin keçmişdə baş verən və xüsusilə yəhidilərin zərər çəkdiyi soyqırımlara da toxunub.
 
"Soyqırımların əsas və ümumi kökləri ideoloji nifrət və başqa insanların insan kateqoriyasından çıxarılmasıdır. Bu, bütün soyqırımların ümumi elementidir və bu soyqırımda da aydındır, çünki fələstinlilər natamam insan, humanoid heyvanlar adlandırılır. Onlar Qəzzada "günahsızların  olmadığı və bütün cəmyyətin məsuliyyət daşıdığı" anlamı ilə hərəkət edib", - o, qeyd edib.
 
Françeska Albaneze deyib ki, yeraltı tunellərin məhv edilməsi üçün İsrail həm də "ekoloji soyqırım" törədir, bu zaman Qərbdə çoxdan qadağan edilmiş yüksək dağıdıcı silahdan istifadə edir.
 
Onun sözlərinə görə, İsrailin Qəzzaya hücumlarında "mülki" konsepsiya qətiyyən nəzərə alınmır, İsrail dinc əhalinin qətllərinə "insanların qalxan qismində istifadə edilməsi ilə" haqq qazandırır. 
 
Qəzza Fələstinin tarixi regionudur və İsrail onu dağıtmaqla cəmiyyətin identikliyini silməyə cəhd edir, o, əlavə edib.
 
Albaneze bəyan edib ki, Qəzzada törədilən soyqırıma görə təkcə İsrail baş naziri Binyamin Netanyahu deyil, hökumət də məsuliyyət daşıyır.
 
"Özünü hüquqi dövlət elan edən ölkə soyqırım törədirsə, bu, bir nəfərin işi deyil. Bəs digər nazirlər haradadır? Onlar hərbi və insanlığa qarşı cinayətlərinə görə həbslərinə orderlər verilən Netanyahu və Qalantı dayandırmaq üçün nə ediblər?" - o, sual edib.
 
"Parlament harada olub? Knesset harada olub? Məhkəmə hakimiyyəti harada olub?"- Albaneze Türkiyə agentliyinin "Qəzzada soyqırıma son qoymaq üçün İsraili və ya Netanyahunu necə dayandırmaq olar?" sualına cavabında deyib.
Link kopyalandı!
Son xəbərlər