Bizi sosial şəbəkələrdən izləyin:
“Bakı şəhər ərazisində hər hansı bir boş yer tapmaq demək olar ki, mümkün deyil”
Bu sözləri Moderator.az-a açıqlamasında Aslan Əsədov bildirib.
Ekspert qeyd edib ki, yolların hərəkət hissəsi və ya piyada keçidləri qanunsuz parklanma zonasına çevrilib:
“Demək olar ki, bütün ərazilər ödənişli parklanmaya ayrılıb, ödənişsiz parklanmaların olduğu ərazilər çox azdır. Burada ümumi olaraq vətəndaşların ödənişsiz ərazilərdən istifadə etməsi qeyri-mümkün bir hal alıb. Çünki avtomobilləri harada və necə gəldi saxlayırlar. Əgər vətəndaş tərəfindən hər hansı bir obyekt icarəyə götürülübsə və artıq sahibkar özü üçün bir parklanma ayırıbsa o şəxs cərimələnə bilməz. Çünki ərazini vətəndaş qanuni şəkildə icarəyə götürüb və ya torpağın ümumi olaraq çıxarışını alıbsa və özü üçün parklanma ərazisini yaradıb digər şəxsləri ora buraxmırsa, burada yeni cəza metod yoxdur. Amma sözü gedən ərazilər imumi istifadə üçün nəzərdə tutulursa və obyekt sahibləri orada hər hansı maneə yaradırsa və qanunsuz ərazini zəbt edərsə bu birbaşa hüquq mühafizə orqanlarının qarışacağı bir məsələdir. Artıq bu ümumi bir məsələyə çevrilir”.