Suriya dağılır: Üsyançılar İsrail sərhəddinə çataraq Dəməşqə yaxınlaşır
Ekskluziv
2052
07 Dec 2024 | 21:49

Suriya dağılır: Üsyançılar İsrail sərhəddinə çataraq Dəməşqə yaxınlaşır

"Suriyanın hazırkı prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin heykəlləri və Bəşər Əsədin özünün plakatları dağıdılır..."
 
Üsyançı qruplar Suriyanın cənubunu ələ keçirib ölkənin paytaxtı Dəməşqə doğru hərəkət edir. Bu fonda İsrail Müdafiə Ordusu Colan təpələrində qruplaşmanı gücləndirib və təlimlər keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co.il" nəşri yazıb.
 
Suriyanın cənub əyalətləri olan Kuneytr, Deraa və Əs-Süveyddə üsyanın aktiv fazası dünən başlayıb. Bu hücumda yerli sünni və druz qruplaşmaları iştirak edir. Onlar Suriya qoşunlarının yenidən qruplaşması fonunda baş vermiş xaosdan istifadə edib.
 
Bəşər Əsəd loyal qüvvələrin qalıqlarını Dəməşqə gondərir. Belələri getdikcə azalır, çünki sünni hərbi qulluqçular fəal şəkildə üsyançılar tərəfə keçir. Bir çox əsgərlər formasını çıxarıb evlərinə dönür, silah və texnika üsyançıların əlinə keçir.
 
Dünən axşam Əsədə müxalif olan qruplaşmalar Deraa əyalətinin böyük hissəsini və bir neçə hərbi bazanı ələ keçrib. Cənubi Suriya qruplaşması vahid qərargahın yaradılmasını elan edib, məqsəd paytaxtın ələ keçirilməsidir.
 
Axşama doğru üsyançılar Əs-Süveyda şəhəri üzərində nəzarəti ələ keçirib. Onlar yerli həbsxanada məhbusları azad edib.
 
Bu günün birinci yarısında müxalif qruplaşmalar adıçəkilən üç əyalətin bütün ərazilərini ələ keçirib. Üsyançılar İsrail sərhəddində yerləşən Əl-Kuneytra şəhəri üzərində nəzarəti ələ keçirib. 
 
Hal-hazırda Suriya-İsrail sərhəddində yerləşən rusiyalı hərbi qulluqçuların taleyi bəlli deyil. Bəzi məlumatlara görə, onlar artıq təxliyə edilib.
 
Həmçinin sünni və druz qruplaşmaları iranyönümlü qruplaşmalarının istifadə etdiyi hərbi obyektlər üzərində nəzarəti ələ keçirib. Bunlar Əl-Təala hava limanı, Suriya-İsrail sərhəddində yerləşən Madinat əl-Baz şəhəridir.
 
Livanın cənubunu ələ keçirəndən sonra üsyançılar Dəməşq tərəfə istiqamət götürüb. Bəşər Əsədə loyal olan qoşunlar hələlik hücum edən qruplaşmalara müqavimət göstərmir.
 
Hal-hazırda üsyançılar Suriya paytaxtının cənub ətrafında, şəhər mərkəzindən bir neçə km məsafədə yerləşir. İnternetdə Dəməşqin ətrafındakı Əl-Kiva və Derayya şəhərlərindən olan silahlı insanları əks etdirən video üzə çıxıb.
 
Sosial şəbəkələrdə yerləşdirilən videolarda əllərində müxalif və druz bayraqları olan insanların Suriyanın hazırkı prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin heykəllərini və Bəşər Əsədin özünün plakatlarını dağıdılır.
 
Bu hadisələr fonunda İsrail Müdafiə Ordusu Colan təpələrində yerləşən İsrail ordusunun qruplaşmalarının daha bir gücləndirilməsi barədə məlumat verib. Bu, müdafiəni möhkəmləndirməyə və bütün mümkün ssenarilərə hazırlaşmağa imkan verəcək.
 
Dünən ordunun mətbuat xidməti həmçinin Suriya ilə sərhəddi müdafiə edən 210-cu ərazi diviziasının gücləndirilməsi barədə məlumat verib.
 
Bundan başqa, İsrail Müdafiə Ordusunun operativ Baş Qərargahı Colan təpələrinin cənubunda və İordan vadisində təlimlər keçirib.  
 
Bu təlimlər quru qoşunları ilə hərbi-hava qüvvələri arasında əlaqələndirməni yaxşılaşdırmalıdır, bu da vəziyyətin müxtəlif ssenarilərinə operativ reaksiya verilməsinin sürəti və keyfiyyətini yüksəltməlidir.
Link kopyalandı!
Son xəbərlər