Növbəti seçkilərdə hökumət siyahısına Anna Akopyan başçılıq edəcək...-
Ekskluziv
1980
06 Dec 2024 | 09:35

Növbəti seçkilərdə hökumət siyahısına Anna Akopyan başçılıq edəcək...-"Hraparak"

"Hökumət komandası növbəti seçkilərdə hökumətin siyahısına baş nazirin həyat yoldaşı Anna Akopyanın başçılıq edəcəyindən danışır. Onun həddindən artıq fəallığının səbəbi də budur".
 
Moderator.az xəbər verir ki, bunu səhər saatlarında "Hraparak" nəşri yazıb.
 
"O, nəinki yerli və beynəlxalq qonaqları qəbul edir, müxtəlif tədbirlər təşkil edir, həm də heç bir vəzifəsi olmasa da, dövlətin kadr siyasətini özü həll edir. "Vətəndaş sazişi"  üzvlərinin sözlərinə görə, son kadr dəyişiklikləri onun ssenarisinə uyğun aparılıb. Onlar bir şeyi nəzərə almayıblar: Anna Akopyanın antireytinqi Nikol Paşinyanınkından yüksəkdir",- deyə erməni nəşri bildirir.
 
Xatırladaq ki, bu yaxınlarda  erməni mediasında Anna Akopyanın Qərb tərəfindən Paşinyanın yerinə hazırlanması haqda informasiyalar yayılması haqda da yazmışdıq(burada:). Onu da qeyd edək ki, Ermənistanda parlamentə növbəti seçkilər 2026-cı ildə keçirilməlidir...
 
S.Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər