“Rusiya Ukraynanı ən böyük silahından məhrum etməyə çalışır”
Ekskluziv
2017
05 Dec 2024 | 19:49

“Rusiya Ukraynanı ən böyük silahından məhrum etməyə çalışır”

“Rusiya Ukraynanı ən böyük silahından məhrum etməyə çalışır. Bu silahın adı ümiddir”.

 

Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Trampın prezident seçkilərdəki qələbəsindən sonra Rusiya mütəmadi şəkildə ABŞ-Ukrayna münasibətlərinin pisləşəcəyi ilə bağlı məlumatlar yaymaqdadır. Məlumatlarda Trampın Ukraynaya hərbi yardımı dayandıracağı, onu hər cür dəstəkdən məhrum edəcəyi ilə bağlı informasiyalar yer alır.

 

Nəşr iddia edir ki, Rusiya bu kimi dezinformasiyalar yaymaqla Ukraynanın ABŞ-a olan inamını sarsıtmağa, onu təslimçi sülhə vadar etməyə çalışır. Kreml hesab edir ki, Ukrayna ABŞ-a olan inamını itirərsə, o zaman Rusiyanın sülhlə bağlı şərtlərini qısa zamanda qəbul edə bilər.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər