1891
05 Dec 2024 | 17:52

"Dünya energetika sahəsində inqilab astanasındadır" - "Space Solar"

 
"İstifadəçilər sutkanın zamanından və hava şəraitindən asılı olmayaraq təmiz elektrik enerjisinə çıxış əldə edəcək..."
 
2024-cü ilin oktyabrında Britaniyanın "Space Solar" şirkəti İslandiyanın "Reykjavik Enerjy" şirkəti və "Transition Labs" təşəbbüs qrupu ilə əməkdaşlıq barədə elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "oil.prompages.ru" nəşri yazıb.
 
Məlumatda deyilir ki, söhbət dünyada ilk Günəş orbital stansiyasının yaradılması kimi iddialı plandan gedir.
 
Bu, bərpa edilən enerji mənbələrinin istifadə edilməsində inqilabi layihə olacaq. İstifadəçilər sutkanın zamanından və hava şəraitindən asılı olmayaraq təmiz elektrik enerjisinə çıxış əldə edəcək.
 
İlk addımlar: 2030-cü ildə nümayiş etdiriləcək stansiya
 
Artıq 2030-cu ildə İslandiyaya gücü 30 MBt olan (təxminən 1000 ev üçün) nümayiş etdirilən stansiyadan enerji daxil olmağa başlayacağı planlaşdırılır. Stansiyanın orbitə çıxarılması "SpaceX" şirkətinin "Starship" raket daşıyıcısı vasitəsilə həyata keçiriləcək.
 
Layihənin miqyası: 2036-cı ildə stansiyalar donanması yaradılacaq
 
2036-cı ildə tərəfdaşlar altı orbital stansiyadan ibarət bütöv donanma yerləşdirmək niyyətindədir. Onlarlın hər biri Yerə qiqavatlarla enerji ötürəcək və sabit enerji təchizatını təmin edəcək. 
 
Orbirdə yerləşməsi sayəsində isə hava şəraitindən və mövsümü dəyişikliklərdən yan keçmək mümkün olacaq. Nəzəri cəhətdən bu, universal və fövqəladə etibarlı enerji mənbəyi olacaq.
 
İsrailin Günəş energetikasında təcrübəsi: yeni texnologiyaların tətbiqi nümunəsi
 
İsrail özünün qabaqcıl Günəş texnologiyalarına sadiqliyini nümayiş etdirib. Ölkənin əsas layihələri arasında bunları qeyd etmək olar:
 
"Tanah" Günəş elektrik staniyası- fotoelektrik massiv gücü 120 MBt-dan çoxdur.
 
"Aşalim" Günəş terminal elektrik stansiyası-hündürlüyü 240 metr olan qüllədir, 121 MBt elektrik enerjisi ilə təmin edir.
 
Bu layihələr İsrailə ənənəvi enerji mənbələrindən asılılığı azaltmağa imkan verib və 2024-cü ildə ölkədə bərpa edilən mənbələrdən təxminən 9, 2 faiz elektrik enerjisi istehsal edilib.
 
Lakin 2030-cu ildə 30 faizlik hədəfə çatmaq üçün İsrail yeni texnologiyalar axtarmalı olacaq. Orbital Günəş stansiyası növbəti addım ola bilər və ölkəyə iqlim və zamandan asılı olmayaraq enerji əldə etməyə imkan verə bilər.
 
Kosmik Günəş energetikasının potensialı
 
Dünyaya gəldikdə, "Space Solar" şirkətinin layihəsi İslandiyanın tələbatlarını ödəyə bilməklə yanaşı, belə texnologiyaların tətbiqi üçün qlobal model ola bilər.
 
İsrail kimi elektrikə tələbatı çox olan ölkələrdə orbital Günəş enerjisindən istifadə edilməsi ənənəvi mənbələrin yükünü əhəmiyyətli dərəcədə azalda bilər. Həm də unutmaq olmaz ki, bu, "yaşıl enerji"dir, deməli, bunun karbon izi olmayacaq.
 
Yuxarıda deyilənlərə istinad edərək demək olar ki, İslandiya və İsrail energetikanın yeni dövrünə keçidin mühüm oyunçuları olacaq.
 
Əgər "Space Solar" layihəsi uğurlu olarsa, bu, bütün dünyada kosmik Günəş energetikasının kütləvi tətbiq edilməsi üçün qapıları açacaq. Bu yanaşma bir çox enerji problemlərini həll edə və yaşıl iqtisadiyyata keçidi sürətləndirə bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər