Ekskluziv
1829
05 Dec 2024 | 15:48

"NATO Ukraynada müharibənin dayandırılmasının müxtəlif ssenarilərini müzakirə edir" - "Bloomberg"

 
"Bu müzakirələr Putini təhrik etməməklə Ukraynanı müdafiə edən təhlükəsizlik zəmanətlərini özündə ehtiva edir..."
 
Ukraynanın müttəfiqləri Rusiyanın hücumlarını dəf etmək üçün və ya mümkün atəşkəslə bağlı danışıqlardan öncə Kiyevi ən yaxşı vəziyyətə gətirməyə çalışır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Qeyd edilir ki, bu məqsədlə NATO Ukraynaya çoxlu sayda silah verməyə tələsir, çünki Kiyev "tədricən öz mövqelərini təhvil verir".
 
Buna paralel olaraq Ukraynanın müttəfiq ölkələri hökumətləri müharibənin dayandırılmasının müxtəlif ssenarilərini nəzərdən keçirməyə başlayıb, mənbələr məlumat verib.
 
Onların sözlərinə görə, bu müzakirələr "Putini təhrik etmədən Ukraynanı müdafiə edən" təhlükəsizlik zəmanətlərini özündə ehtiva edir.
 
Qeyd edilir ki, mümkün atəşkəs variantlarından biri demilitarizasiya zonasının yaradılmasıdır. 
 
NATO-nun yüksək vəzifəli diplomatlarından birinin qeyd etdiyi kimi, atəşkəs əldə edilərsə, Avropa qoşunları, ehtimal ki, atəşkəs rejimini mühafizə edəcək və patrul xidməti aparacaq.
 
Qərbin digər yüksək vəzifəli diplomatı əlavə edib ki, bu müzakirələr Ukraynada vəziyyətin sabit olmadığı və ən yaxın zamanlarda danışıqların başlamalı olduğunun etirafı fonunda baş verir.
 
Nəşr yazır ki, Ukraynanın NATO-da təhlükəsizlik zəmanətləri ilə üzvlüyü "qısamüddətli perspektivdə istisna edilir":
 
"Bunun əvəzinə Kiyevə elə təhlükəsizlik zəmanətləri lazım olacaq ki, ABŞ  və digər müttəfiqlərinin üzərinə Rusiyanın atəşkəsi pozacağı təqdirdə onun müdafiə edilməsi öhdəliyi qoysun", - nəşr yazıb.
 
"Bu, ABŞ və müttəfiqlərinin Ukrayna ordusunun uzunmüddətli perspektivdə, o cümlədən təlim daxil olmaqla, möhkəmkəndirilməsi üzrə öhdəlikləri çərçivəsindən kənara çıxır", - nəşr vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər