“Natiq Şirinov düz danışmır, qavaldaşda ondan əvvəl mən ifa etmişəm”-  xalq artistindən İRAD
Ekskluziv
2279
03 Dec 2024 | 22:13

“Natiq Şirinov düz danışmır, qavaldaşda ondan əvvəl mən ifa etmişəm”-  xalq artistindən İRAD

“Natiq Şirinov düz danışmır. Qavaldaşda birinci ifa edən Çingiz Mehdiyev olub. Mən kişiyəm. Kişi olan şəxs düz danışmalıdır. Ondan sonra nağara Tahir adında bir ifaçı var idi, o ifa etdi. Daha sonra mən zurna, balaban, zərb alətləri və bir sıra musiqi alətlərində ifa etdim. 2007-ci ildə də Heydər Əliyevin qarşısında qavaldaşda ifa etmişəm. Hətta Heydər Əliyev bu ifadan sonra gəlib məni öpüb qucaqladı. Mən qavaldaşda ifanı Polad Bülbüloğlunun, Ədalət Vəliyevin göstərişi ilə etmişəm. Məndən sonra isə Natiq Şirinov qavaldaşda ifa edib”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Sadıq Zərbəliyev deyib. O daha sonra əlavə edib.
 
“Musiqiçilərin içində yaxşı kişi azdır. Çoxu yalan danışır. Sizin xəbəriniz varmı mən fəxri adı necə almışam? SSRİ məkanında mənim kimi fəxri adı heç kim almayıb. 1997-ci ildə Heydər Əliyev əməkdar artist olmadan mənə xalq artisti fəxri adını verib. Sovet höküməti dağılandan sonra musiqi alətlərində heç bir millətin nümayəndəsi əməkdar artist olmadan xalq artisti olmayıb. Tarixdə belə bir şey ümumiyyətlə baş verməyib” deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər