“Milli məsələlərdə laqeydlik və ərköyünlüyə yer yoxdur”
Ekskluziv
2356
03 Dec 2024 | 19:36

“Milli məsələlərdə laqeydlik və ərköyünlüyə yer yoxdur”

“Milli məsələlərdə laqeydlik və ərköyünlüyə yer yoxdur”.

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, bu kimi məsələlərdə hər şeyi dövlətin üstünə atmaq da yanlışdır:

 

“Biz hər şeyi dövlətən gözləməli, dövlətdən istəməli deyilik. Tariximizlə, xalqımızın üzləşdiyi faciələrlə, əldə etdiyi qələbələrlə bağlı sənət əsərlərinin yaradılması məsələsində öz imkanlarımızdan da istifadə etməliyik.

 

Bu gün iş adamlarımız, imkanlı şəxslərimiz anlamalıdırlar ki, onların xalqımızın, dövlətimizin tarixinin təbliği ilə bağlı atacağı hər bir addım, bu müstəvidə görəcəyi hər bir iş həm də onlara əbədilik gətirəcək. Bu kimi addımlar gənclərimizi milli-mənəvi dəyərlərlə tərbiyə etmək, onların milli ideologiya, milli əxlaq, milli dəyərlər əsasında yetişdirilməsi üçün çox vacibdir. Hansısa iş adamının bu məsələ ilə bağlı sərf etdiyi bir qəpik belə əbəs getməyəcək, xalqımızın, dövlətimizin işıqlı gələcəyinə töhfə verəcək. Buna görə də mən hər kəsi milli məsələlərə həssaslıqla yanaşmağa, bu məsələdə üzərlərinə düşən məsuliyyəti dərk etməyə və bu məsuliyyətdən irəli gələn vəzifələri yerinə yetirməyə çağırıram”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər