Ekskluziv
2192
03 Dec 2024 | 17:29

"Suriyada baş verənlərə görə İsrailin sionist rejimi və ABŞ məsiliyyət daşıyır..."

 
"Suriyanın şimalında baş verən hadisələrin arxasında terrorçuların havadarları və sponsorları dayanır..."
 
İran tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti baş tutub.
 
Moderator.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib. Məlumatı SİTA agentliyi yayıb.
 
Məlumatda deyilir ki, söhbət zamanı əsas diqqət Suriyada baş verən son hadisələrlə bağlı vəziyyətə yönəlib.
 
Bundan başqa həmsöhbətlər aktual regional və beynəlxalq məsələlər, Moskva və Tehran arasında müxtəlif sahələrdə Putinlə Pezeşkian arasında Kazanda əldə olunmuş razılaşmalar nəzərə alınmaqla əməkdaşlığın inkişaf etdirilməsi məsələri müzakirə edilib.
 
"İki ölkə lideri və digər səviyyələrdə bundan sonrakı təmaslar barədə birgə plan müəyyən edilib", - məlumatda deyilir.
 
İranın "İrna" informasiya agentliyi telefon söhbətinin daha çox təfsilatı barədə açıqlama verib, Pezeşkianın Suriyada son hadisələr barəsində bəyanatından iqtibas gətirib:
 
"Livanda atəşkəs sazişinin əldə edilməsi regionda sabitliyin bərqərar olacağına ümid yaratdığı zaman Suriyanın şimalında sionist rejiminin dəstəyi və maliyyələşdirməsi ilə terrorçu qruplaşmaların hərəkətləri yenidən regionda həyəcanlı vəziyyət yaradıb".
 
Pezeşkian qeyd edib ki, Suriyada üsyançıların hərəkətləri İsrail və ABŞ tərəfindən əvvəlcədən planlaşdırılıb.
 
"Biz hesab edirik ki, son hadisələr ABŞ və sionist rejiminin regionun siyasi coğrafiyasında sionistlərin xeyrinə sabitliyin pozulması planının tərkib hissəsidir",  - İran prezidenti vurğulayıb və Rusiyanın "regionda sülhün bərqərar edilməsi və Suriyanın ərzazi bütövlüyünə dəstək verilməsində" rolunun heyranedici olduğunu ifadə edib.
 
"Biz Sizə Rusiyanın bu istiqamətdə səyləri və fəaliyyətinə görə minnətdarıq və İranın bu prosesdə Rusiya ilə istənilən əməkdaşlığa hazır olduğunu bildiririk", - Pezeşkian deyib.
 
Agentlik yazır ki, Putin Suriyanın şimalında baş verən hadisələrlə bağlı Pezeşkianın dəyərləndirməsi ilə razılaşıb.
 
"Biz hesab edirik ki, Suriyanın şimalında cari vəziyyətin müəyyən edilməsində əsas sima terrorçular deyil, onların havadarları və sponsorlarıdır. Belə şəraitdə Rusiya Suriyanın qanuni və rəsmi hökumətinə terrorçu qruplaşmalarla mübarizədə yardım göstərilməsində İranla əməkdaşlıq etməyə hazırdır", - Kreml rəhbəri vəd edib.
Link kopyalandı!
Son xəbərlər