Sabiq müdafiə naziri İsrailin Qəzzada etnik təmizləmə apardığını etiraf etdi...
Ekskluziv
2457
03 Dec 2024 | 09:36

Sabiq müdafiə naziri İsrailin Qəzzada etnik təmizləmə apardığını etiraf etdi...

İsrail ordusunun keçmiş baş qərargah rəisi və Müdafiə Nazirliyinin rəhbəri Moşe Yaalon İsrail ordusunun Qəzza zolağında “etnik təmizləmə” apardığını etiraf edib.
 
Moderator.az xəbər verir ki, bu haqda "Əl-Ərəbiyyə" kanalı məlumat yayıb.
 
“Biz işğala, ilhaq və etnik təmizləməyə yol açmışıq”, - sabiq nazir "DemokratTV"- yə müsahibəsində belə deyib.
 
“Orada nə baş verir? Artıq Beyt Lahiyə yoxdur, Beyt Hanun yoxdur, ordu Cəbəliyəni işğal edib və faktiki olaraq ərazi ərəblərdən təmizlənir”, - deyə keçmiş İsrail rəsmisi qeyd edib.
 
Yalonun qeyd etdiyi ərazilər Qəzza zolağının şimalındadır. Məhz onlar 2023-cü il oktyabrın 7-də İsrailin təcavüzünə məruz qalmışdı. 
 
Xatırladılır ki, Moşe Yaalon 2002-2005-ci illərdə İsrail ordusuna rəhbərlik edib. Daha sonra müdafiə naziri və baş nazirin müavini vəzifələrində çalışıb. Lakin o, 2016-cı ildə Netanyahu ilə fikir ayrılığına görə istefa verib. 
 
Yaalonun sözləri İsrailin hakim elitasının qəzəbinə səbəb olub. Milli təhlükəsizlik naziri İtamar bin Qvir Yaalonun bir vaxtlar müdafiə naziri vəzifəsində çalışmasını biabırçılıq kimi qələmə verib. Netanyahunun və Yaalonun vaxtilə mənsub olduğu "Likud" partiyası onun “boş və vicdansız” sözlərini “Beynəlxalq Cinayət Məhkəməsi və İsrailin düşmənlərinin düşərgəsi üçün hədiyyə” adlandırıb.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər