Suriyada üsyançılar Hələb şəhərini tam nəzarətə götürdü... –
Ekskluziv
1933
02 Dec 2024 | 08:17

Suriyada üsyançılar Hələb şəhərini tam nəzarətə götürdü... –"ƏL-ƏRƏBİYƏ"

Diktator Bəşər Əsədin qoşunları üsyançıların təzyiqi ilə geri çəkilib...
 
Diktator Bəşər Əsəd rejiminə qarşı çıxan Suriya qüvvələri ölkənin ən böyük şəhərlərindən biri olan Hələbi tamamilə nəzarətə götürüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Al -arabiya News" məlumat yayıb. 
 
İran və Rusiya Federasiyasının dəstəklədiyi diktator Əsəd qüvvələri üsyançı qüvvələrin sürətlə irəliləməsindən sonra şəhəri saxlaya bilməyib və geri çəkilib.
 
"Hayat Təhrir əl-Şam" ("HTŞ") və müttəfiq müxalifət qüvvələrinin kürd qüvvələrinin nəzarətində olan ərazilər istisna olmaqla, Hələb şəhərinə nəzarət etdiyi bildirilir.
 
Şəhərin özündən əlavə, üsyançılar şəhərin hava limanını, eləcə də yaxınlıqdakı əraziləri nəzarətə götürdülər.
 
Öz növbəsində, Suriya və Rusiya aviasiyası bazar günü Əsəd qoşunlarına dəstək vermək üçün bir sıra zərbələr endirib. Bu zərbələr Hələbdə 12 nəfərin ölümünə səbəb olub.
 
Həmçinin Rusiyanın endirdiyi zərbələr nəticəsində İdlibdə iki uşaq və bir qadın olmaqla 8 dinc sakin həlak olub.
 
Xatırladaq ki, daha əvvəl Suriyada üsyançıların Əsədin iqamətgahını və rusiyalı müşavirlərin ofisini ələ keçirdiyi bildirilib.
 
Bundan əlavə, Putinin səhv hesab apardığını və Bəşər Əsədi dəstəkləmək üçün yollar axtardığını barədə də xəbər verilmişdi.
Link kopyalandı!
Son xəbərlər