“Gündə bir filmin təqdimatını edirlər, amma elə ki, dünyaya nə isə təqdim etmək lazım gəlir...”
Ekskluziv
2013
30 Nov 2024 | 15:22

“Gündə bir filmin təqdimatını edirlər, amma elə ki, dünyaya nə isə təqdim etmək lazım gəlir...”

“Ölkəmizdə gündə bir filmin təqdimatını edirlər. Amma dünyaya nə isə təqdim etmək, dünya miqyasında ortaya nəsə çıxarmaq lazım gələndə, məlum olur ki, nümayiş etdirməli heç nə yoxdur”.

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, çəkilən filmlər baxımlı olmalı, beynəlxalq ictimaiyyətə təqdim ediləcək qədər yüksək səviyyədə hazırlanmalıdır:

 

“Söhbət Qarabağımızın tarixindən, 44 günlük Vətən müharibəsindən, hərbçilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlardan gedirsə, çəkilən film, yazılan əsər keyfiyyətli olmalı, lazımi standartlara cavab verməlidir. Biz bu filmləri dünya arenasına çıxara bilməliyik. Amma təəssüflər olsun ki, bu cür filmlər ya yoxdur, ya da çox azdır.

 

Hansı xalqın Mübariz İbrahimov kimi qəhrəmanı olsaydı, onun haqqında bugünə qədər dünya səviyyəsində bir neçə film çəkilmişdi. Bizdə isə bu kimi məsələlərdə həvəskar işlərindən başqa ciddi bir şey yoxdur. Biz vəziyyəti dəyişməli, daha sanballı, daha baxımlı filmlər ortaya qoymalıyıq. Mili maraqlarımız bizdən bunu tələb edir”.

 

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər