Bizi sosial şəbəkələrdən izləyin:
"Milyardçı öz kapitalının 99 faizini 50 yaşından sonra qazanıb, üstəlik, 56 yaşında ilk dəfə olaraq miyardçıların reytinq cədvəlinə düşüb..."
Amerikalı milyardçı Uorren Baffet bütün dünyada öz investisiyaları ilə tanınır. O, bu sektorun ən nüfuzlu və uğurlu nümayəndələrindən biridir. İnvestor öz təcrübəsi ilə bölüşərək ən qiymətli aktivi açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "financy.24tv.ua" nəşri yazıb.
94 yaşlı Uorren Baffetin uğuru ani olmayıb. Özünün investisiya qərarlarının uğur gətirməsi və ona kapital toplamağa kömək etməsi üçün onilliklər lazım olub, nəşr yazıb.
O cümlədən, Baffet öz kapitalının 99 faizini 50 yaşından sonra qazanıb. Üstəlik, o, ilk dəfə olaraq 56 yaşında milyardçıların reytinq cədvəlinə düşüb.
60 ildən artıq müddət ərzində fasiləsiz və uzunmüddətli investisiyalara stavka etməsi onun sərvətinin əksəriyyət digər investorları geridə qoymasının başlıca səbəblərindən biridir.
"Forbes"-in dəyərləndirməsinə görə, sərvəti 145, 9 milyard olan Baffet bəyan edib ki, onun üçün "puılar səyahətlər və ya çoxlu sayda evlər, qayıqlar və ya daha nələrəsə sahib olmaq baxımından heç bir əhəmiyyət kəsb etmir". Amma o, qeyd edib ki, ən qiymətli aktiv zamandır.
2024-cü ildə Uorren Baffet məşhur şirkətlərin səhmlərinin fəal şatışı ilə məşğuldur. O cümlədən üçüncü rübdə milyardçının şirkəti "Apple" şirkətinin təxminən 100 milyonluq qiymətli kağızından xilas olub.
Baffet iddia edir ki, səhmlərdə itirilən pulları gerçəkdən qaytarmaq mümkündür, lakin fond bazarında hətta bir ilin olmaması uzunmüddətli gəlirləri gözlənildiyindən daha çox azalda bilər.