İran İsrailin BMT-dən çıxarılmasını tələb edib
Ekskluziv
2540
11 Nov 2024 | 16:19

İran İsrailin BMT-dən çıxarılmasını tələb edib

 
"Qəzza bölgəsi və Livanda baş verənlər bəşəriyyət üçün rüsvayçılıqdır..."
 
İran Məhkəmə hakimiyyəti rəhbərinin müavini, xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qərib-Abadi beynəlxalq birliyə İsrailin Birləşmiş Millətlər Təşkilatından bu beynəlxalq təşkilata qarşı fəaliyyətinə görə çıxarılmasına çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqası ölkələri xarici işlər nazirlərinin Ər-Riyadda keçirilən növbədənkənar sammitində çıxışı zamanı bəyan edib. Məlumatı İranın "Mehr" informasiya agentliyi yayıb.
 
"İsrailin sionist rejimi tərəfindən BMT-nin legitimliyinə qarşı düşmənçilik hərəkətləri, o cümlədən BMT Nizamnaməsinin pozulması, BMT baş katibinin "persona-non-grata" elan edilməsi, işğal edilmiş ərazilərdə BMT-nin Fələstin qaşqınlarına yardım üzrə Agentliyinin fəaliyyətinin qadağan edilməsi, BMT-nin yüzlərlə əməkdaşının qətli, habelə Beynəlxalq Məhkəmənin müvəqqəti qətnamələrinə tam etinasizlıq, BMT Nizamnaməsinin müddəalarının, xüsusilə 2-ci maddəsinin pozulmasını nəzərə alaraq bu rejimin Birləşmiş Millətlər Təşkilarından çıxarılmasının zamanı yetişib", - iranlı məmur bəyan edib.
 
İran Məhkəmə hakimiyyətinin nümayəndəsi regionda indiki ağır vəziyyətdə görüşün keçirilməsi imkanına görə Səudiyyə Ərəbistanına minnətdarlıq edib və bəyan edib ki, hazırda Qəzza bölgəsi və Livanda baş verənlər bəşəriyyət üçün rüsvayçılıqdır. O, xatırladıb ki, 70 ildən artıq müddət ərzində Fələstin xalqı ədalətsizliklə üzləşib, işğal və təcavüz şəraitində əsas insan  hüquqlarından məhrum edilib.
 
Qərib-Abadi BMT üzv-ölkələri tərəfindən İsrailə və Fələstində işğalçı rejimi dəstəkləyən bütün təsisatlara qarşı tam silah, iqtisadi və ticarət embarqosuna bir daha çağırış edib.
 
Qeyd edək ki, bir ay bundan öncə BMT-nin İudeya və Samariya və Qəzza bölgəsində insan hüquqları üzrə xüsusi həmməruzəçəsi Françeska Albanaze İsrailin BMT-də 1949-cu ildə əldə etdiyi üzvlük hüququnu şübhə altına alıb.
 
"İsrailin, deyəsən, heç bir hörmət göstərmədiyi bu təşkilatda üzvlüyünə yenidən baxmaq lazım deyilmi?" - Albanaze o zaman sual edib.
 
İranlı məmur ABŞ və  Qərb ölkələrinin İsrailin regionda davam edən cinayətlərinə, o cümlədən hərbi cinayətlər, insanlığa qarşı cinayətlər, etnik təmizləmələr, irqi-ayrıseçkilik və müdafiəsiz Fələstin xalqına qarşı soyqırımına sarsılmaz dəstək verdiklərinə görə tənqidə məruz qoyub. 
 
O, bəyan edib ki, İsrail Qərbin maraqlarından doğan qanunsuz qurum kimi həddən artıq uzun müddətdə məsuliyyətdən yan keçib və vurğulayıb ki, Fələstin xalqının işğala müqavimət göstərməyə qanuni haqqı vardır. 
 
Üzv-dövlətlərin kollektiv və fərdi səylərini etiraf etməklə yanaşı, Qərib-Abadi bunların yetərli olmadığını hesab edib. O, deyib ki, İran İslam Respublikası İsrailin cinayətlərinə son qoyulması üçün daha konkret və praktiki tədbirlərin görülməsini gözləyir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər