Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanın terrorçu eks-prezidenti, Xocalı canisi Robert Köçəryan dünən öz komandasını, xüsusən də “Hayastan” blokunun parlament fraksiyasını toplayıb. Bir neçə saat davam edən görüş alyansın mərkəzi ofisində baş tutub və axşam saatlarına qədər davam edib.
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
“Bəli, təsdiq edirəm ki, alyansın lideri, ikinci prezident Robert Köçəryanın rəhbərliyi ilə fraksiya iclası keçirilib. Biz həm daxili siyasi məsələləri, həm də mümkün geo-siyasi hadisələri və onların regiona və Ermənistana təsirini müzakirə etdik. Fraksiyanın prezidentin iştirakı ilə belə görüşləri dövri xarakter daşıyır”, - “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan belə deyib.
S.Laçın