01:36
0°C
Bakı
Xurma kalium və kalsium baxımından zəngin olmaqla yanaşı, tərkibindəki yüksək A vitamini olan bir meyvədir.
Moderator.az türk mütəxəssislərinin xurmanın faydaları ilə bağlı fikirlərini təqdim edir:
Məlumdur ki, hətta gündə cəmi 2 xurma qəbul etməyin ümumi sağlamlığa çoxsaylı faydaları var. Antioksidantlarla zəngin bir qida olan xurma xüsusilə tərkibində karotenoidlər və beta-karoten kimi flavonoidlər olduğu üçün ağciyər və kolorektal xərçəng riskini azalda bilər.İnsanın gündəlik C vitamini ehtiyacını qarşılaya bilən xurma immuniteti qoruyan bir meyvədir. Xurma həm də viral və bakterial infeksiyaları azaltmaqda təsirli olur.