“Tramp Ukraynaya dəstəyi davam etdirəcək...”-Üzeyir Cəfərov
Ekskluziv
1184
06 Nov 2024 | 19:27

“Tramp Ukraynaya dəstəyi davam etdirəcək...”-Üzeyir Cəfərov

“Onun qələbəsi özünü həbsdən xilas etdi...”
 
"Görünən odur ki, Baydenin uğursuz idarəçiliyi, dünyanın ayrı-ayrı nöqtələrində müharibə ocaqları yaranması, xüsusən də Rusiyanın Ukraynaya təcavüzü və İsrailin Qəzzada “HƏMAS”-a və Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatları zamanı baş verən kütləvi insan qətliamları və s. seçicilərin demokratlarla bağlı rəyini dəyişdirdi və nəticədə Harris məğlubiyyətə düçar oldu...”
 
“İnanmıram ki, Trampın növbəti hakimiyyəti dövründə Ukraynada, eləcə də Qəzza və Livandakı döyüş əməliyyatları asanlıqla dayanacaq. Savaşın səngiməyi mümkündür, amma tam başa çatacağını düşünmürəm”.
 
Bunu Moderator.az-a açıqlamasında “ABŞ-dəki seçkilər yekunlaşdı və Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəldi. Sizcə, bundan sonra planetdəki hərbi-siyasi proseslər hansı istiqamətdə dəyişəcək? Tramp bu günədək daim deyirdi ki, mən Qəzzada da, Ukraynada da savaşı dayandıracam. Sizcə, o, doğrudan da savaşları heç olmasa, səngitməyə nail ola biləcəkmi” sualını cavablandırarkən hərbi-siyasi ekspert Üzeyir Cəfərov söyləyib.
 
Ekspert Demokratlar Partiyasından namizəd Kamal Harrisin məğlubiyyətinin səbəblərindən biri kimi hazırkı demokrat prezident Cozef Baydenin məhz dünyadakı hərbi-siyasi proseslərə qeyri-adekvat münasibətini də vurğulayıb.
 
“Nəhayət, Amerikadakı seçkilər başa çatdı və demokrat Cozef Baydenin yerinə prezidentliyə namizədliyini irəli sürmüş Kamala Harris məğlubiyyətlə üzləşdi. Doğrusu, mənim üçün də gözlənilməz oldu. Çünki düşünürdüm ki, xanım Harris Tramp üzərində qələbə çalacaq. Ona görə ki, Trampla bağlı son vaxtlar Amerika cəmiyyətində mənfi rəy formalaşmışdı. Amma görünən odur ki, Baydenin uğursuz idarəçiliyi, dünyanın ayrı-ayrı nöqtələrində müharibə ocaqları yaranması, xüsusən də Rusiyanın Ukraynaya təcavüzü və İsrailin Qəzzada “HƏMAS”-a və Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatları zamanı baş verən kütləvi insan qətliamları və s. seçicilərin demokratlarla bağlı rəyini dəyişdirdi və nəticədə Harris məğlubiyyətə düçar oldu”- deyə həmsöhbətimiz bildirib. 
 
“Eyni zamanda onu da vurğulamaq lazımdır ki, son seçkilərdə Trampın qələbəsi onun özünü də bəzi təhlükələrdən xilas etdi. Çünki ona qarşı xeyli cinayət işi qaldırılmışdı və bu, onun üçün həbslə də nəticələnə bilərdi”, -deyə ekspert əlavə edib.  
 
“Amma mən inanmıram ki, Trampın növbəti hakimiyyəti dövründə Ukraynada, eləcə də Qəzza və Livandakı döyüş əməliyyatları asanlıqla dayanacaq. Savaşın səngiməyi mümkündür, amma tam başa çatacağını düşünmürəm. Çünki Trampın Ukrayna ilə bağlı müəyyən tərəddüdləri olsa da, BMT Baş Assambleyasının 79-cu sessiyasında prezident Zelenski ilə görüşündən sonra müəyyən razılığa gəldilər və Tramp da görüşdən məmnun qaldığını bildirdi. Ona görə də mən düşünürəm ki, ABŞ-nin Ukraynaya dəstəyi davam edəcək  və Tramp Rusiyaya qarşı Baydenin və digərlərinin apardığı işləri davam etdirəcək”- deyə eskpert diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər