Dünya bazarında neftin qiyməti aşağı düşüb -  50 dollara enə bilər
Dünya
3110
06 Nov 2024 | 23:11

Dünya bazarında neftin qiyməti aşağı düşüb -  50 dollara enə bilər

"Tramp bərpa edilən enerji mənbələrində maraqlı deyil və ABŞ-da neft hasilatının artımına sövq edəcək..."

 
Donald Trampın ABŞ-da prezident seçkilərində qələbəsi fonunda dünya bazarında neftin qiyməti aşağı düşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, "Brent" markalı neftin qiyməti 2% aşağı düşərək bir barreli 74, 02 dollara enib. Amerikanın WTI markalı neftin qiyməti 2, 3 % aşağı düşərək bu gün bir barreli 70, 37 dollara satılıb.
 
Analitiklər karbohidratların qiymətinin aşağı düşməsini Amerikanın yeni administrasiyasının Çinə təsiri və bunun nəticəsində dünyada xam neftin ən böyük idxalçısı olan ÇXR-də tələbin zəifləyəcəyi ilə bağlı gözləntiləri ilə əlaqələndirir.
 
Bundan başqa, ekspertlər qeyd edir ki, Tramp bərpa edilən enerji mənbələrində maraqlı deyil və ABŞ-da neft hasilatının artımına fəal şəkildə sövq edəcək. O, artıq neft-qaz sahəsinə dövlətə məxsus olan suda və quruda yataqların qazılmasına maneəsiz çıxışını vəd edib.
 
"Bu, OPEK+ üçün o qədər də yaxşı deyil, çünki təşkilat bazarda öz payının saxlanılmasını müdaifiə etmək istədikləri və ya qiymət səviyyəsinin saxlanılmasına cəhd edəcəyi məsələsini həll etməli olacaq", - bunu "Panmure Liberium" bankının analitiki Eşli Kelti deyib.
 
Rusiyada Ağ Evə Trampın gəlişi ilə neftin qiymətinin bundan sonra da aşağı düşəcəyi proqnozlaşdırılır. O cümlədən rusiyalı milyardçı Oleq Deribaska hesab edir ki, yazda neftin bir barreli 50 dollara enəcək.
 
O, həmçinin may ayında bütün dünyada sülhün bərqərar olacağını proqnozlaşdırıb. Rusiyanın dövlət KİV-ləri Deribaskanın postunu "sarkazm və yeni seçilmiş prezidentinin seçkiöncəki yarışmada verdiyi səs-küylü bəyanatına istinad" adlandırıb. 
 
Bundan öncə Tramp dəfələrlə prezident seçiləndən sonra Ukraynada müharibəyə son qoyacağını vəd edib və Rusiyada bunu unutmayıblar.
 
Qeyd edək ki, neftin qiyməti sonuncu dəfə oktyabrın ortalarında aşağı düşüb. O zaman "Brent" markalı neftin qiyməti 4, 79 % azalaraq bir barreli 73, 75 dollara, WTI markalı neftin qiyməti isə 4, 98 % azalaraq bir barreli 70, 15 dollara enib.
Link kopyalandı!
Son xəbərlər