“Onun əri bunun arvadı ilə gəzir, bunun arvadı onun əri ilə...”
15081
05 Nov 2024 | 19:31

“Onun əri bunun arvadı ilə gəzir, bunun arvadı onun əri ilə...”

“Bir filmə çəkilmişəm və xalqın, böyüklərin, uşaqların sevgisini qazanmışam. Bu gün də “Qaraca qız” filmi efirdə göstəriləndə məni ağlamaq tutur. Daha çox atalı-analı günlərim üçün, qayğılı illərim üçün darıxıram. Çox ərköyün övlad olmuşam, yağın-balın içində böyümüşəm. Amma buna baxmayaraq valideynlərim mənə heç vaxt deməyiblər ki, imkanlı uşaqlarla dostluq et, rəfiqəlik et. Dostlarımı özüm seçmişəm. Filmdə də özümü oynamışam”
 
Bunu Moderator.az-a açıqlamasında “Qaraca qız” filminin Xədicəsi Leyli Axundova deyib. O daha sonra hər yerdə hörmətlə qarşılandığını deyib.
 
“İllərdir bu sevgini daşıyıram. Məni yolda görən insanlar o dəqiqə deyir ki, “Qaraca qız”-a çəkilən xanım? Başımla təsdiqləyirəm. Sonra deyirlər ki, “Tutu, Tutu”.. (gülür). Mən 20 ildir avtomobil idarə edirəm. Bu günlərdə imtahan verib sürücülük vəsiqəsi almışam. Düzdür, çalışmışam hər zaman qayda-qanunlara əməl edim, amma məni saxlayan polis işçiləri heç vaxt cəza tətbiq etməyiblər. Heç soruşmayıblar ki, sürücülük vəsiqən var ya yox? Tanıyıblar, böyük hörmətlə qarşılayıb, yola salıblar” deyə o bildirib.
Leyli Axundova çəkilən filmlərin mövzusundan razı deyil.
 
“Kimsə kiməsə xəyanət edir, onun əri bunun arvadı ilə, bunun əri, onun arvadı ilə gəzir. Budur bizim seriallar, kinolar. Mövzuları bəsitdir. Tərbiyəvi nəsə nümayiş etdirmirlər. Cizgi filmləri də “Şirek”-dən başqa heç nə yoxdur. Bütün dünya bu gündədir. Bir əcaib heyvan çıxır, alnının ortasında böyük göz. Bundan uşaqlar nə tərbiyə götürsün? Bəzən nəvələrimi hansısa filmlərə, cizgi filmlərinə aparıram. 3 dəfə baxdığım filmlər olub ki, heç nə başa düşməmişəm. Filmlərdə imkan, var-dövlət nümayiş olunur. Hansı rejissora deyək dərdimizi? Siz tapın mən gedib danışım! Özümüzü heç kimin qabağında alçatmayaq, onsuz da bu sahəni düzəldən deyillər” deyə müsahibimiz bildirib.
Link kopyalandı!
Son xəbərlər