Ekskluziv
3225
05 Nov 2024 | 17:31

"Şər oxu" ölkələri ABŞ-da seçkilərə təsir etməyə cəhd göstərir" - Amerika xüsusi xidmət orqanları

 
"Rusiya və İran sosial şəbəkələrdə ABŞ-da seşkilərin ədalətliliyinə  ictimaiyyətin etimadını sarsıtmaq üçün feyk materiallar yayır..."
 
Amerika xüsusi xidmət orqanları Birləşmiş Ştatlarda prezident seçkilərinin keçirildiyi gün, noyabrın 5-də Rusiya və İran tərəfindən dezinformasiyanın güclənməsi ilə bağlı xəbərdarlıq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri yazıb.
 
Məlumatda deyilir ki, ötən gecə ABŞ-ın əsas kəşfiyyat agentlikləri-Milli Kəşfiyyat Direktorunun İdarəsi (ODNI), Federal Təhlükəsizlik Xidməti (FTX) və Kibertəhlükəsizlik və İnfrastruktur üzrə Agentliyin (CİSA) birgə bəyanatı dərc edilib.
 
Bəyanatda deyilir ki, Rusiya və İran, böyük ehtimalla, sosial şəbəkələri "ABŞ-da seçkilərin ədalətliliyinə ictimaiyyətin etmadının sarsılması və amerikalılar arasında ixtilafların qızışdırılmasına yönələn" feyk xəbərlərlə dolduracaq.
 
"Belə hərəkətlər seçkilər günü ərzində və yaxın həftələrdə güclənəcək", - bəyanatda deyilir və qeyd edilir ki, saxta narrativlər, əsasən, tərəddüd edən ştatlara yönəlib.
 
"Rusiya ən fəal təhlükədir. O cümlədən, Rusiya ilə bağlı təsir subyektləri seçkilərin legitimliyini sarsıtmaq, seçicilərdə seçki prosesi ilə bağlı qorxu yaradılması və onların amerikalıların siyasi baxışları ilə əlaqədar olaraq bir-birinə qarşı zor tətbiq ediləcəyini güman etməsi məqsədilə feyk videoçarxlar yaradır və məqalələr yazır.
 
Bu səylər o cümlədən seçki komissiyalarının vəzifəli şəxslərinə qarşı zorakılığa təhrik edə bilər. Biz Rusiya subyektlərinin seçki günü ərzində və seçki məntəqələri bağlandıqdan sonra bu mövzularda əlavə saxta materiallar dərc edəcəyini gözləyirik", - bəyanatda deyilir.
 
"İran da həmçinin ABŞ-da seçkilərə xarici təsirin xeyli təhlükəsi olaraq qalır. Qeyd edildiyi kimi, İran sabiq prezident Trampın nüfuzdan salınması üçün ziyanlı kiberhərəkərlər həyata keçirib. İranın təsir subyektləri həmçinin əvvəlki seçkilər zamanı olduğu kimi səsvermənin pozulması və ya zoralılığın qızışdırılması üçün nəzərdə tutulan saxta mətbu materiallar yaratmağa can ata bilər", - bəyanatda deyilir.
 
Onlar xatırladır ki, İran dəfələrlə Donald Trampı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələrinin komandanı Qasım Süleymaninin 2020-ci ilin yanvarında həyata keçirilən qətlinə görə özünün üstün hədəfləri arasında göstərib.
 
Sonda CİSA seçicilərə yalnız etibarlı rəsmi mənbələrin-dövlət və yerli seçki komissiyalarının vəzifəli şəxslərinin məlumatlarına istinad etməyi tövsiyyə edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər