“Hələlik seçkiləri Harrisin, yoxsa Trampın udacağını deməyə heç kəs cəsarət etmir”...-Siyasi ekspert
Ekskluziv
605
11:10, Bu gün

“Hələlik seçkiləri Harrisin, yoxsa Trampın udacağını deməyə heç kəs cəsarət etmir”...-Siyasi ekspert

“Yüksək ehtimalla bu, Pensilvaniya ştatındakı seçkilərin nəticələrindən asılı olacaq...”
 
“Birləşmiş Ştatlarda indiyədək keçirilmiş prezident seçkiləri arasında bugünkü seçki o qədər ziddiyyətlidir ki, hətta ölkənin ən təcrübəli, etibarlı sosioloji sorğuları da bu suala cavab tapa bilmirlər ki, kimin, hansı namizədin şansları daha çoxdur. Çünki müxtəlif sorğular aparılır və hətta eyni mərkəzlərin apardığı sorğularda da nəticələr nəinki günbəgün, bəzən saatbasaat dəyişir. Odur ki, hətta mən deyərdim ki, namizədlərin şansları 50-50-yədir. İstər Kamala Harris olsun, istər Donald Tramp olsun – hər birinin seçilmə şansı bərabərdir”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Son təhlilləriniz nə göstərir; ABŞ-dəki bugünkü prezident seçkilərində hansı namizədin şansı daha çoxdur?” sualını cavablandırarkən siyasi təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu dilə gətirib.
 
“Hesab edirəm ki, son qərarı ABŞ seçicisi verəcəkdir.  Yüksək ehtimalla bu, Pensilvaniya ştatındakı seçkilərin nəticələrindən asılı olacaq. Çünki Amerikada ştatlar respublikaçı və demokrat ştatlara bölünür. 7 ştat var ki(Pensilvaniya, Şimali Karolina, Biskonsin, Miçiqan və s.), onların mövqeyi bəlli deyil. Ona görə ki,  həmin ştatlar ənənəvi olaraq tərəddüd edən ştatlar kimi dəyərləndirilirlər. Və əsas mübarizə də o ştatların, özəlliklə də onların arasında daha çox seçmən səsinə, yəni seçki kollegiyasında səsə malik 17 seçmən uğrunda gedir. Qayda belədir ki, ştat sadə səs çoxluğuyla öz seçki kollegiyasını (ya demokratların, ya da respublikaçıların seçki kollegiyası) seçir. Ondan sonra da həmin seçki kollegiyasının səsləri avtomatik olaraq öz namizədlərinə gedir... 
 
Xülasə, mənə elə gəlir ki, hələlik seçkilərdə kimin qalib gələcəyini birmənalı olaraq heç kəs deyə bilməz və heç kəs də bunu deməyə cəsarət etmir”,- deyə davamında analitik  vurğulayıb.
 
Sultan Laçın 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər