“Həkim 2 dəfə məni uğursuz əməliyyat etdi, şikayət edəndə çılpaq fotolarımı paylaşdı”- tiktok fenomeni plastik cərrahdan ŞİKAYƏTÇİDİR-ÖZƏL+FOTO
Ekskluziv
517
09:59, Bu gün

“Həkim 2 dəfə məni uğursuz əməliyyat etdi, şikayət edəndə çılpaq fotolarımı paylaşdı”- tiktok fenomeni plastik cərrahdan ŞİKAYƏTÇİDİR-ÖZƏL+FOTO

“2023-cü ilin fevral ayında plastik, estetik cərrah Əmiraslan Əmiraslanov məni ilk dəfə bədənşəkilləndirmə əməliyyatı edib. Əməliyyat İnternational Medical Centre-2 klinikasının Nərimanov filialında baş tutub. İlk əməliyyatı çox uğursuz oldu. Xahiş etdi ki, məni heç yerə şikayət etmə, səni yenidən əməliyyat edəcəm. Yenidən ikinci dəfə 2024-cü ildə məni əməliyyat etdi. Mənim bədənimi ikinci dəfə daha bərbad hala saldı” Bunu Moderator.az-a açıqlamasında tiktok fenomenti Günəş Musayeva deyib. O daha sonra əlavə edib.
 
“İlk əməliyyatımdan 9 min manat, 2-ci əməliyyatdan isə məndən 5 min manat aldı. Bədənimi yararsız hala saldı. Bədənimin bütün nahiyələrində şram, sallanma var. Bu vəziyyəti həkimə bildirdim və ondan narazı qaldığım üçün pulumu geri istədim. Ümumilikdə 14 min manat pulumu alıb. Dedi ki, get bütün qüsurlarının üstünü tatu ilə ört, sənə pul qaytaran deyiləm. Tiktok səhifəmdə həkimin qeyri-peşəkarlığını paylaşdım ki, hamı görsün, aşkara çıxsın. Mənə dedi ki, ya videoları sil, ya da sənin şəkillərini paylaşacam. Videoları təbii ki, silmədim. Həmin həkim də mənim əməliyyatdan öncə çəkilən çılpaq fotolarımı üzüaçıq şəkildə vatsap statusunda paylaşdı. Bir sutka şəkil onun statusunda qaldı. İstəyim odur ki, bu insanın həkimlik fəaliyyətinə son qoyulub, ona cinayət işi açılsın. Nə qədər insan ondan şikayətçidir. Verdiyim pulları mənə geri qaytarsın və mənəvi ziyana görə təzminat ödəsin. Artıq 23-cü polis bölməsinə yazılı şəkildə şikayət etmişəm. İş gedir. Həkim yenə də özünə haqq qazandırır ki, o məni paylaşdı deyə, mən də onu paylaşdım” deyə şikayətçi bildirib.
 
Şikayətçinin iddialarına cavab olaraq sözügedən həkimin və xəstəxananın mövqeyini dərc etməyə hazırıq.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər