Yəhudi akademik Qəzzadakı soyqırıma qarşı çıxış etdiyinə görə Londonda həbs edildi...-FOTO
Ekskluziv
726
07:37, Bu gün

Yəhudi akademik Qəzzadakı soyqırıma qarşı çıxış etdiyinə görə Londonda həbs edildi...-FOTO

İsraildə doğulub boya-başa çatmış yəhudi akademik  Britaniyanın paytaxtında Fələstin  tərəfdarlarının nümayişində etdiyi çıxışda İsrailin "HƏMAS”-a qalib gələ bilməyəcəyini dedikdən sonra London polisi tərəfindən həbs edilib .
 
Moderator.az bu haqda "Əl-Cəzirə" və "Middleeasteye" nəşrlərinə istinadla məlumat yayıb.
 
Hitler faşistlərinin yəhudilərə qarşı törətdiyi Holokost soyqırımından sağ çıxanların övladı olan və Fələstin üçün Yəhudi Şəbəkəsinin qurucusu Haim Breşit Londonun şimalında İsrail səfiri Tzipi Hotovelinin iqamətgahı qarşısında keçirilən nümayiş zamanı həbs edilib.
 
Polis sözçüsü tərəfindən “Skwawkbox” media orqanına verilən açıqlamaya görə, o, qadağan edilmiş bir təşkilata dəstək verməkdə ittiham olunur  .
Breşitin həbsini əks etdirən video-yazıda bir polis məmuru ona bildirir ki, o, 2000-ci il Terrorizm Aktı çərçivəsində “nifrət nitqi söylədiyinə görə” həbs olunur.
“İsrail nə Qəzzada, nə Livanda, nə İranda, nə də başqa yerdə bəyan etdiyi məqsədlərin heç birinə nail ola bilməyib”, - deyə Breşit çıxışında bildirib.
 
“Nə əldə etdi? Qətl, qarmaqarışıqlıq, xaos, soyqırım, irqçilik, dağıdıcılıq - bu ,onların yaxşı bacardıqları şeylərdir”, - Breşit belə deyib. “Ancaq müqavimətlə mübarizə apara bilmirlər, hər dəfə məğlub olurlar.
 
“Onlar “HƏMAS”-a, “Hizbullah”a, Husilərə qalib gələ bilməzlər. Başladıqları soyqırıma qarşı birgə müqavimətə qalib gələ bilmirlər”.
 
Breşit bir gecəni həbsdə keçirdikdən sonra noyabrın 2-də heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb, lakin hələ də istintaq altındadır.
Yəhudi akademikin həbsi antiterror qanunvericiliyinə uyğun olaraq Fələstin tərəfdarı fəalları və jurnalistləri hədəf alan bir sıra reydlər və həbslərdən sonra həyata keçirilir.
Oktyabr ayında terrorla mübarizə polisi jurnalist Asa Uinstanlinin sosial media fəaliyyəti ilə bağlı Terror Aktı çərçivəsində aparılan araşdırma çərçivəsində onun evinə basqın edib .
Avqustun 15-də jurnalist Riçard Medhurst Böyük Britaniyaya gələrkən Terror Aktının 12-ci maddəsinə əsasən, Fələstinlə bağlı reportajları ilə əlaqədar saxlanılıb.
İki həftədən az müddətdə Fələstin tərəfdarı jurnalist Sarah Uilkinson internetdə yerləşdirdiyi məzmunla bağlı iddialara görə evinə səhər basqın zamanı maskalı terrorla mübarizə polisi tərəfindən  həbs edilib .
 
S.Laçın
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər