Ekskluziv
1949
02 Nov 2024 | 23:55

"Biz yoldaş Putinlə qələbəyədək bir yerdə olacağıq" - Şimali Koreya XİN rəhbəri

"USQ şəxsi heyət, silah və döyüş sursatları qıtlığı keçirdiyindən böyük sayda "top yemi"nin cəlb edilməsi Ukrayna qoşunlarının vəziyyətini çətinləşdirə bilər..."
 
Şimali Koreya piyadalarının tezliklə Ukraynaya qarşı müharibədə iştirak edəcəyi ilə bağlı məlumatlar fonunda KXDR xarici işlər naziri Çxve Son Hi Moskvaya səfər edərək rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "smotrim.ru" nəşri məlumat yayıb.
 
"KXDR-in avtoritarizmə və ABŞ və Qərbin birtərəfli hərəkətləri və yeni dünya düzəni yaratmaq cəhdlərinə qarşı qətiyyətlə ədalətli mübarizəyə qalxan Rusiya xalqı və onun ordusunun yoldaş prezident Putinin müdrik rəhbərliyi aıtında tam qələbə qazanacağına inamı sarsılmazdır", - Çxve Son Hi bəyan edib.
 
"Biz tam qələbəyədək rusiyalı yoldaşlarımızın tərəfində olacağımızı təsdiq edirik", - o, Sergey Lavrovu əmin edib.
 
ABŞ Dövlət katibi Entoni Blinken bu günlər bəyan edib ki, Şimali Koreya Rusiyaya 10 min əsgər göndərib, onların 8 mini Kurska gəlib və hələlik döyüşlərdə iştirak etməyib. "Onlar yaxın günlərdə cəbhəyə atılacaq", - Blinken əlavə edib. 
 
Onun sözlərinə görə, koreyalı əsgərlərə Rusiyanın hərbi forması geyindirilib və döyüşün əlifbası-dronlardan isrifadə, toplardan atəş açılması və səngər qazmaq öyrədilib. Dövlət katibi deyib ki, bu, koreyalıların ön cəbhəyə atılacağından xəbər verir.
 
Əsgərlərin rus dilini bilməməsi və bu səbəbdən onlarla ünsiyyətin çətin olmasına, habelə onların motivasiyasız muzdlu əsgər olmasına rəğmən, böyük sayda "top yemi"ndən istifadə edilməsi Ukrayna qoşunlarının vəziyyətini çətinləşdirə bilər. Çünki USQ-də şəxsi heyət, silah və döyüş sursatlarının güclü qıtlığı hiss edilir.
 
Bununla yanaşı Qərb Ukraynada getdikcə dünya savaşının konturlarını xatırladan müharibənin "beynəlmiləlləşdirilməsinə" heç cür münasibət bildirməyib.
 
Ukrayna prezidenti Vladimir Zelenski Şimali Koreyanın müharibədə iştirakına, onun sözlərinə görə, "sıfır reaksiya verən" Qərbin üzərinə gedib. Prezident uzaqmənzilli Qərb raketlərindən Rusiya ərazisinə zərbələrə qoyulan qadağanı nəzərdə tutub.
 
"Əgər biz bu silahlardan istifadə edə bilsəydik, Şimali Koreya əsgərlərinin cəmləşdiyi düşərgələrə ilkin zərbələr endirə bilərdik", - Zelenski deyib.
 
Bu il cəbhədə vəziyyət Ukraynanın xeyrinə olmayıb. Rusiya yay-payız kampaniyasında Ukraynanın təxminən 500 kv.km ərazisini qəsb etməyə nail olub.
 
Bu, Rusiya ordusunun 2022-ci ilin martından əldə etdiyi ən böyük uğurdur, hərçənd, bu, on minlərlə rusiyalı əsgər və zabitinin ölümü hesabına başa gəlib.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər