Krımdakı rus dəniz piyadaları Kurska döyüşə getməmək üçün rüşvət verirlər...- “ATEŞ”
Ekskluziv
1810
02 Nov 2024 | 19:50

Krımdakı rus dəniz piyadaları Kurska döyüşə getməmək üçün rüşvət verirlər...- “ATEŞ”

İlhaq edilmiş Krımda olan Rusiya dəniz piyadaları Kursk bölgəsində döyüşə getməmək üçün komandirlərinə rüşvət verirlər. İşğal komandanlığı itkilərlə bağlı məlumatları gizlətməyə çalışır.
 
Moderator.az “TSN”-ə istinadla xəbər verir kiŞ bu barədə əsasən Krım tatarlarından ibarət olan "ATEŞ" partizanları məlumat yayıb.
 
“Rusiyanın 810-cu dəniz briqadasındakı agentimiz bildirir ki, şəxsi heyətin əksəriyyətinin Kursk vilayətinə göndərilməsi ilə əlaqədar birləşmənin Sevastopoldakı daimi dislokasiya məntəqəsində kadr problemləri qeydə alınır.
 
Partizanların sözlərinə görə, bölmə, demək olar ki, hər gün Kursk vilayətində məhv  edilmiş rus hərbçiləri haqqında məlumat alır, amma briqada komandanlığı hərbçilərin ölüm faktlarını gizlətməyə çalışır. Lakin gözlənildiyi kimi bu, baş tutmur.
 
“Hərbçilərin döyüş yoldaşlarının daimi ölümü ilə bağlı əhval-ruhiyyəsi aşağıdır və hər vasitə ilə Krımda qalmağa çalışırlar, buna görə də bir sıra komandirlər möhlət vermək və təcili olaraq döyüş bölgəsinə göndərilmələrindən yayınmaları üçün tabeliyində olanlardan rüşvət tələb edirlər lir”, - "ATEŞ" qeyd edir.
 
Rüşvət verənlər və bazada qalmağı bacaranlar isə yarımadada kamuflyaj maneələri quraşdıraraq, avadanlığı bir yerdən başqa yerə köçürməklə aktiv fəaliyyət görüntüsü yaradırlar...
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər