Çəkindirmə və diplomatiya siyasəti:
Ekskluziv
1501
02 Nov 2024 | 17:14

Çəkindirmə və diplomatiya siyasəti: "ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir" - Pentaqon

 
"SEPAH İsraili sarsıdıcı cavabla təhdid edir, ABŞ İrana xəbərdarlıq edir..."
 
ABŞ müdafiə naziri Yaxın Şərqə o cümlədən raket hücumundan müdafiə vasitələri ilə təchiz edilmiş eskadra mina gəmisi, qırıcı və bombardmançı təyyarələr də daxil olmaqla əlavə qüvvələrin göndərilməsi ilə bağlı sərəncam verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Penraqonun mətbuat katibi Patrik Rayder məlumat verib. Məlumatı "russian.rt.com" nəşri yayıb.
 
"Yaxın Şərqdə ABŞ vətəndaşları və İsrailin müdafiəsi, çəkindirmə və diplomatiya yolu ilə eskalasiyanın aradan qaldırılması üzrə öhdəliklərimizə uyğun olaraq müdafiə naziri regiona əlavə qüvvələr göndərilməsini əmr edib", - bəyanatda deyilir.
 
Rayder dəqiqləşdirib ki, buraya RƏM sistemləri, qırıcılar eskadrilyası və yanacaqdoldurma təyyarələri, habelə ABŞ Hərbi-Hava Qüvvələrinin bir neçə "B-52" strateji bombardmançı təyyarələri daxildir.
 
"Bunlar ABŞ-ın qlobal müdafiə mövqeyinin çevik xarakter daşıdığını və Amerika ordusunun qısa müddətdə milli təhlükəsizlik üçün dəyişən təhlükələrə cavab olaraq bütün dünya boyunca yerləşdirilməsi qabiliyyətini nümayiş etdirir", - Rayder deyib.
 
O, dəqiqləşdirib ki, "Avraam Linkoln" eskadra mina gəmisi başda olmaqla aviasiya zərbə qrupu regiondan getməyə hazırlaşdığı zaman Yaxın Şərqdə yaxın zamanlarda əlavə qüvvələr yerləşdiriləcək. 
 
Bəyanatda həmçinin qeyd edilir ki, regionda Amerikanın iştirakının artırılması İsraildə "Ted" (THAAD) RƏM sistemlərinin yerləşdirilməsinə əlavə olaraq həyata keçirilir.
 
"Müdafiə naziri Ostin açıq şəkildə anladıb ki, əgər İran və müttəfiqləri vəziyyətdən istifadə edərək Amerika vətəndaşlarına hücum və ya ABŞ-ın regiondakl maraqlarına zərbə vurmaq üçün istifadə edərsə, Birləşmiş Ştatlar öz xalqının müdafiəsi üçün bütün zəruri tədbirləri görəcək", - general-mayor xəbərdarlıq edib.
 
Xəbər verildiyi kimi, bundan öncə İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Salami "İsrailin bu yaxınlarda İrana qarşı təcavüz aktına təsəvvür edilməsi mümkün olmayan güclü cavab verəcəyini" bəyan edib.
 
O, İranın oktyabrın 1-də hücumunu xatırlayaraq məlumat verib ki, "sionistlər unutmasın ki, İran raketləri səmada dolaşan zaman İsrailin HHM sistemləri onlara qarşı duruş gətirə bilməyib".
 
O, həmçinin İsrailin oktyabrın 26-da cavab zərbəsini də xatırladıb. "İsraillilər bir neçə raket buraxmaqla tarixi dəyişə biləcəklərini düşünürsə, yanlışlığa yol verir", - Salami deyib.
 
Daha sonra SEPAH komandanı bəyan edib ki, İsrailə "İrana qarşı təcavüz aktına təsəvvür edilə bilməyən cavab veriləcək".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər