Allah Zülfüqar bəyə rəhmət eləsin ki, Azərbaycan üçün belə bir sayt  yaratdı və...
Ekskluziv
1686
01 Nov 2024 | 17:40

Allah Zülfüqar bəyə rəhmət eləsin ki, Azərbaycan üçün belə bir sayt  yaratdı və...

“...O, öz işini, öz kursunu davam etdirə biləcək bir sadiq kollektiv də yetişdirdi...”
 
"Gün o gün olsun, inşəAllah, o taylı-bu taylı Vətənimizin- Bütöv Azərbaycanın qurulması, daha sonra da o gələcək, qüdrətli dövlətimizin inkişafı, tərəqqisi barədə gözəl xəbərlər yayasız..."
 
Moderator.az kollektivinin 12 yaşını təbrik edirəm. 12 müqəddəs rəqəmdir... Ad gününüz mübarək olsun! Xeyirli-uğurlu olsun!.. Gün o gün olsun, inşallah, o taylı-bu taylı Vətənimizin- Bütöv Azərbaycanın qurulması, daha sonra da o gələcək, qüdrətli dövlətimizin inkişafı, tərəqqisi barədə gözəl xəbərlər yayasız...
 
Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin! Allah Zülfüqar bəy Hüseynzadəyə də rəhmət eləsin ki, bu cür möhtşəm bir iş gördü, Azərbaycan üçün belə bir sayt, media qurumu yaratdı və öz işini, öz kursunu davam etdirə biləcək bir sadiq kollektiv də yetişdirdi...
 
Allah sizlərin qələmlərinə qüvvət versin ki, inşəAllah, Azərbaycanımızın əsas problemlərinin həlli barədə möhtəşəm bir yazı hazırlayasız...
 
Bir daha sizləri təbrik edir, Allah, Haqq, xalq, vətən, müstəqil dövlətçiliyimiz yolunda yeni-yeni uğurlar diləyirəm...
 
Sayğılarla:
 
Mirmahmud Mirəlioğlu,
Klassik Xalq Cəbhəsi Partiyasının sədri
 
 
Link kopyalandı!
Son xəbərlər