1795
01 Nov 2024 | 14:11

"Ukraynanı öz ərazilərindən heç vaxt imtina etməyəcək" - Zelenski

 
"ABŞ tərəfindən Ukraynaya dəstəyin zəifləməsi Putinə daha çox ərazimizi işğal etməyə imkan verəcək və biz bu müharibədə qalib gələ bilməyəcəyik..."
 
ABŞ prezidenti seçkilərindən sonra Ağ Evin növbəti rəhbərinin kim olmasından asılı olmayaraq Kiyev hazırda Rusiya işğalı altında olan ərazilərindən imtina etmək niyyətində deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Cənubi Koreyanın KBS telekanalına müsahibəsində bəyan edib.
 
"İstənilən halda Ukraynanın öz qanuni dövlət sərhədlərindən imtina etməyə konstitusion hüququ yoxdur. Ona görə də hüquqi cəhətdən bu, mümkün deyil. Putinin nə düşündüyündən, ərazilərimizi işğal edib mənimsəyərək ölkə konstitusiyasına düzəlişlər etməsindən asılı olmayaraq Ukrayna bunu qəbul etməyəcək", - Zelenski deyib.
 
Bu zaman o, vurğulayıb ki, ABŞ-da prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq Ukrayna öz mövqeyini dəyişməyəcək.
 
"Kimin istəməsindən, Birləşmiş Ştatlarda kimin qalib gəlməsindən və Putinin nə qədər Rusiya prezidenti olmasından asılı olmayaraq bu, mümkün deyil", - o, vurğulayıb.
 
Eyni zamanda dövlət başçısı qeyd edib ki, ABŞ-ın yeni prezidenti Ukraynaya dəstəyi gücləndirə və ya zəiflədə bilər.
 
"Ukraynaya dəstəyin zəifləməsi Rusiyaya daha çox ərazilərimizi işğal etməyə imkan verəcək. Ukraynaya dəstəyin zəifləməsi bizə bu müharibədə qalib gəlməyə imkan verməyəcək və bu, həqiqətdir", - o, deyib. 
 
"Ona görə də biz ərazi güzəştlərindən deyil, bu və ya digər diplomatik yollardan danışırıq. Lakin bunlar ABŞ siyasətindən, onun dəstəyindən və müharibəyə tez bir zamanda son qoymaq istəyindən asılıdır", - Zelenski vurğulayıb.
 
Bu zaman o, diqqəti Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın bu sözlərinə yönəldib ki, o, sözünə sadiq insandır və müharibəyə tez bir zamanda son qoyulması modelini tapmağa çalışır.
 
"Lakin əgər qalib gələcəyi təqdirdə Tramp Ukraynanı, sadəcə, torpaqları təhvil verməyə və Rusiya ilə razılığa gəlməyə vadar etmək istəyərsə, düşünmürəm ki, bu, mümkün olan işdir", - Zelenski qeyd edib.
Link kopyalandı!
Son xəbərlər