ABŞ-nin başına 10 milyon qoyduğu rus dezinformator seçki günü Tiflisdə olub...-FOTO
Ekskluziv
1566
01 Nov 2024 | 08:14

ABŞ-nin başına 10 milyon qoyduğu rus dezinformator seçki günü Tiflisdə olub...-FOTO

Parlament seçkiləri günü - oktyabrın 26-da Ukraynanın işğal olunmuş ərazilərində Rusiya təbliğat şəbəkəsinin yaradıcısı Aleksandr Malkeviç Tbilisidə olub. 
 
Moderator.az "Qruziya onlayn" nəşrinə istinadla xəbər verir ki, bu barədə məlumatı "Sərhədsiz Reportyorlar" qurumu yayıb.
 
“İşğal olunmuş Ukrayna ərazilərində Rusiya təbliğat şəbəkəsinin banisi Aleksandr Malkeviç oktyabrın 26-da keçirilmiş seçkilər günü Tbilisidə olub. “Sərhədsiz Reportyorlar” Rusiya dezinformasiyasının Gürcüstanda yayılmasında Kremlin rolundan narahatdır”, - təşkilatın "X" sosial şəbəkəsindəki mesajında belə ​​deyilir.
49 yaşlı siyasi strateq Aleksandr Malkeviç "Vaqner" özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojinin yaxın adamı hesab olunur. O, dezinformasiya yaydığına görə Qərbin sanksiyaları altındadır.
 
Mətbuat iddia edir ki, o, təkcə işğal olunmuş Ukrayna ərazilərində deyil, həm də Afrika ölkələri və ABŞ-də Rusiyanın təsirini təşviq etmək üçün irimiqyaslı media layihələrinin arxasında dayanır. Amerika seçkilərinə müdaxiləyə görə Vaşinqton onu axtarışda olanlar siyahısına salıb və onun harada olduğu barədə məlumat verənə 10 milyon dollar mükafat təklif edir.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər