BMT Təhlükəsizlik Şurası KXDR-in Ukrayna müharibəsinə cəlb edilməsini müzakirə edib
Ekskluziv
1481
31 Oct 2024 | 21:28

BMT Təhlükəsizlik Şurası KXDR-in Ukrayna müharibəsinə cəlb edilməsini müzakirə edib

"Şimali Koreya qoşunlarının Ukrayna müharibəsinə cəlb edilməsi ciddi eskalasiyadır və Avrasiya qitəsində geosiyasi vəziyyəti dəyişir..."
 
Oktyabrın 30-da Ukraynanın sorğusu ilə BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Şimali Koreya qoşunlarının Rusiyanın Ukraynaya qarşı müharibəsinə cəlb edilməsi məsələsi müzakirə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.
 
KXDR qoşunlarının müharibəyə cəlb edilməsi ciddi eskalasiyadır və beynəlxalq hüququ pozur, bunu iclasda Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəsi Xvan Çjun Quk vurğulayıb.
 
"Şimali Koreya hərbçiləri Ukrayna ərazisində döyüş əməliyyatlarında düşündüyümüzdən daha tez bir zamanda iştirak edə bilər. Bu da müharibənin daha da çox eskalasiyası olacaq. 600 mindən artıq rusiyalı əsgər müharibə başlanandan həlak olub və ya yaralanıb.
 
Rusiya öz əsgərlərini bu qana susayan hərbi maşına atmaqda davam edir. İndi də bunu Şimali Koreya əsgərlərinə yaşatmaq istəyir. Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi həm Avropa, həm də Asiya qitəsi üçün təhlükə törədir.
 
Pxenyanın Moskvaya bu misli görünməyən dəstəyi Avrasiya qitəsində bütün dinamikanı və geosiyasi vəziyyəti dəyişir. Bunun Koreya yarımadasına da ciddi təsiri olacaq", - o, deyib.
 
Onun fikrincə, Rusiya və KXDR-in əməkdaşlığı hərbi texnologiyaların verilməsinə və Pxenyanın öz silahlarının inkişaf etməsinə gətirib çıxaracaq.
 
Cənubi Koreya Rusiyaya müharibəni dayandırmağa, öz qoşunlarını dərhal Ukraynadan çıxarmağa və onun suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırış edir, diplomat əlavə edib.
 
Təhlükəsizlik Şurasının əksəriyyət üzvləri qeyd edib ki, KXDR qoşunlarının Ukrayna müharibəsinə cəlb edilməsi ciddi eskalasiya deməkdir.
 
Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord deyib ki, Rusiya ilə KXDR arasında əməkdaşlıq BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrinin birbaşa pozulmasıdır. 
 
"Rusiya bu qətnamələrə imza atıb, indi isə onları pozur. Bu, beynəlxalq sülhü və təhlükəsizliyi pozmaqla yanaşı, Təhlükəsizlik Şurasının səlahiyyətlərini və onun mandatını sarsıdır", - o, vurğulayıb.
 
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib ki, Kreml öz gücsüzlüyünü hiss etdiyinə görə KXDR-ə kömək üçün müraciət edib. Baş verən eskalasiya qlobal təhlükəsizliyi təhlükə altına qoyur.
 
"Beynəlxalq birlik Ukraynanı Rusiya və Şimali Koreyadan qorumalıdır. Rusiya və Şimali Koreyanın hətta qismən qələbəsi dünyada sabitliyi pozacaq. Yeganə təhlükəsiz həll yolu Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılmasıdır", - Vud bəyab edib.
 
Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya öz çıxışında həmkarlarını  "həyasızlıq"  və "dezinformasiya" yaymaqda ittiham edib. 
 
O, bəyan edib ki, "hətta bütün deyilənlər həqiqət olsa belə", o zaman nədən ABŞ və müttəfiqləri Qərbin Ukraynaya yardım etmək hüququ olduğunu bəyan edir, amma ''Rusiyanın müttəfiqlərinin bunu edə bilməyəcəyi" ilə bağlı "dünyaya çürük məntiqini zorla yeritmək istəyir".
 
Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuan "münaqişənin" davam etməsi, energetika infrstrukturunun məhv edilməsi və mülki şəxslərin əzab çəkməsindən narahatlığını ifadə edib.
 
"Çinin mövqeyi dəqiqdir. Biz hər zaman sülh və dialoq tərəfdarıyıq, biz həmişə sülhün təmin edilməsi və diplomatik həll yollarının axtarışına yardım etmişik. Çinin məhz bu mövqeyi bu münaqişədə dayanıqlı sülh axtarışı və siyasi nizamlanma üçün şəraitin yaradılması üzrə Qlobal Cənubun təşəbbüsünün əsası olub", - o, əlavə edib.
 
Çin diplomatı KXDR-in müharibəyə cəlb edilməsini xatırlatmayıb və deyib ki, onun həmkarları "Koreya yarımadasında vəziyyəti" xatırladıb. Pekinin bununla bağlı da mövqeyi "dəqiqdir", biz tərəfləri sülh və dialoqa çağırırıq, o, vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər