"İşğaldan azad edilmiş Zəngilan şəhəri bu gün böyük quruculuq meydanına çevrilib"- DEPUTAT 
Ekskluziv
Oxunub: 623
14:39, Bu gün
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti  sayəsində Zəngilan şəhərinin işğaldan azad edilməsindən  4 il keçir.  Vətən müharibəsinin  hər günündə Müzəffər Ali Baş Komandandan  torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qələbə ünvanlı xəbərlər alan xalqımıza 2020-ci il oktyabrın 20-də  növbəti müjdə çatdırıldı: “Bu gün ənənəyə, gözəl ənənəyə sadiq qalaraq Azərbaycan xalqına yeni bilgilər vermək istərdim.” Müzəffər Ali Baş Komandan İlham Əliyev həmim gün xalqa müraciətində böyük qürur hissi və fəxrlə bildirdi ki, oktyabrın 20-də Füzuli rayonunun  Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun  Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun  Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (hazırda Çinarlı), Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilmişdir.
 
Təbii ki, hər bir kəndin, hər bir qəsəbənin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan təmizlənməsi yüksək peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edirdi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində məhz bu yüksək keyfiyyətləri  nümayiş etdirdi. Ümumiyyətlə, 44 gündə 30 il davam edən işğala son qoymaq özündə bütün  məqamları birləşdirir.
 
Daim vurğulandığı kimi, Vətən, torpaq sevgisi Azərbaycan əsgərinin hər gün irəli getməsini şərtləndirən əsas amil oldu. Ordumuz üzərinə düşən missiyanı şərəflə yerinə yetirdi, düşmənə layiqli cavab verdi,  onu diz çökdürdü. Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında duruş gətirə bilməyən Ermənistan hərbçiləri silahı, hərbi texnikanı qoyub qaçdılar. Ermənilərin və onlara havadarlıq edənlərin illərdir yaratdıqları miflər dağıdıldı. Münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyü, bu yol seçildiyi təqdirdə uduzan Azərbaycan tərəfinin olacağı barədə qeyri-ciddi fikirlər səsləndirənlər  bu reallığın şahidi oldular ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən yenilməz xalq Azərbaycan xalqıdır.
 
 
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə  Moderator.az-a açıqlamasında bildirib.
 
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi haqqında” Sərəncamına əsasən,  20 oktyabr Zəngilan Şəhəri Günü kimi qeyd edilir. Hər bir Şəhər Günü həm 30 illik işğal, həm  44 günlük Vətən müharibəsi, həm də postmünaqişə dövrünün reallıqlarını təhlil etməyi bir tələb kimi qarşıya qoyur. Belə bir  tələbi bir daha xatırladır ki, indiki və gələcək nəsillərə bu reallıqlar barədə dolğun məlumatlar verilməli, tariximizin hər bir səhifəsi daim  vərəqlənməlidir. Dövlət başçısı İlham Əliyevin  çağırışları sırasında bu mühüm məqam xüsusi yer tutur ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə olunmalı, böyüməlidir.
 
Vüqar Rəhimzadə tarixi Zəfərimizdən ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışından da bəhs edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan  İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xalqa qələbə müjdələrini çatdırarkən daim belə bir əminliyi də ifadə edirdi ki, bizim dağıdılmış bütün məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir.  Dövlətimizin başçısı xalqa 20 oktyabr 2020-ci il tarixli müraciətində qeyd etmişdi ki, biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır.
 
Hər bir Azərbaycan vətəndaşı üçün qürurverici faktdır ki, bu gün artıq bu reallıqların şahidiyik. Bütün azad edilmiş ərazilərimiz yüksək səviyyədə bərpa edilir, bu torpaqlarda  yaşayacaq soydaşlarımız üçün hər cür imkan və şərait   yaradılır. Artıq doğma yurdlarına  qovuşmuş keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi bu günün əsas prioritetləri sırasındadır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərə hər bir səfərlərində  açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərin  say tərkibinə  diqqət yetirsək bu reallığı  aydın şəkildə görərik. Azad edilmiş hər bir bölgənin malik olduğu iqtisadi potensial yeni istehsal sahələrinin yaradılmasında əhəmiyyətli rol oynayır.
 
Milli Məclisin deputatı bildirib ki, bununla bağlı birinci pilot layihə Zəngilanın Ağalı kəndində  icra edildi. Burada 200 evdən ibarət müasir tələblərə cavab verən  kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Bu “ağıllı kənd”də məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN xidmət”, DOST, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın və Şərqi Zəngəzurun  yaşıl enerji zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı mövcuddur. Artıq Zəngilan şəhərinin Baş planı  təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış məntəqələrinin salınması layihəsi icra edilməkdədir. 2025-ci ildə  Zəngilan şəhəri ilk sakinlərini qarşılayacaq.
 
Vüqar Rəhimzadə onu da əlavə edib ki, işğaldan azad edilmiş ərazilərimizdə tikilən üç Beynəlxalq Hava Limanının biri Zəngilan rayonu ərazisindədir. Qısa müddətdə tikilib istifadəyə verilən bu hava limanı ölkəmizin iqtisadi və maliyyə imkanlarını nümayiş etdirməklə yanaşı, bu ərazinin strateji əhəmiyyətini təsdiqləyir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir. Zəngilan Beynəlxalq Hava Limanının inşası  bu bölgənin inkişafı baxımından mühüm faktor olacaq. Zəngilanı Naxçıvanla ayıran təxminən 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması regionda yeni iqtisadi perspektivlər yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq. İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Zəngilan rayonunda tarixi və dini abidələrimizin bərpasında Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etməliyik. Erməni vandalları 30 illik işğal dövründə tarixi və dini abidələrimizi tamamilə dağıdıb yerlə-yeksan etməklə Azərbaycan xalqının izlərini siləcəklərini, bununla da tarixi saxtalaşdırmağa nail olacaqlarını düşünürdülər. Bu baxımdan  hər bir azad edilmiş ərazi erməni vəhşiliyinin təqdimatıdır.
 
Millət vəkili bildirib ki, ötən 4 ildə dövlətimizin başçısı İlham Əliyevin  Zəngilan rayonuna 12 səfəri reallaşıb. Azərbaycan  Prezidentinin təkcə bu il oktyabrın 3-də Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Zəngilanda açılışında və təməlqoyma mərasimində iştirak etdiyi obyektlərin say tərkibinə diqqət yetirməklə bugünədək  görülən işlər haqqında aydın təsəvvürə malik olmaq mümkündür. Bu səfər çərçivəsində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılış mərasimi oldu. Zəngilan şəhərində beşinci və altıncı yaşayış kompleksinin təməlqoyma mərasimi keçirildi. 104 mənzilli yaşayış kompleksinin tikintisi, həmçinin Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə də tanışlıq oldu.
 
Vüqar Rəhimzadə  bu mühüm məqamı da xüsusi qeyd edib ki, ötən il Zəngilan şəhərində  “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Birinci tədbir Ağdam şəhərində keçirilmişdi. Hər iki tədbir  işğaldan azad edilmiş ərazilərdə görülən işlərin şəhərsalmanın müasir təcrübəsi olduğunu dünyaya çatdırdı. Bütövlükdə atılan hər bir addım Zəfərimizin əbədiləşdirilməsinə, Böyük Qayıdış Proqramının tam tərkibdə uğurla başa çatmasına xidmət edir. Bu gün işğalçılardan təmizlənmiş  bütün torpaqlarımız, o cümlədən Zəngilan şəhəri böyük quruculuq meydanına çevrilib.
Oxşar xəbərlər
22:59, Bu gün
Neymar ağladı - “Hər gün əzab çəkirdim”
22:56, Bu gün
ABŞ Ukraynada korrupsiya ilə mübarizəyə 5 milyon dollar ayıracaq
22:32, Bu gün
Livandan İsrailə 160 raket və mərmi atılıb
22:05, Bu gün
Rusiyanın С-400 raket sistemi Amerikanın F-35 qırıcı təyyarəsini vura bilərmi?..
21:59, Bu gün
Astarada dəhşətli hadisə: Ata oğlunu güllələdi
21:54, Bu gün
Ordumuzun mayoru VƏFAT ETDİ
21:35, Bu gün
"İran ölkədə hakimiyyət dəyişikliyinə hazırlaşır"- "Sky News"
21:33, Bu gün
Qəzzada gedən döyüşlər zamanı İsrail ordusunun polkovniki həlak olub
21:32, Bu gün
Yevlax sakinini ilan sancdı
20:43, Bu gün
QHT Agentliyinin lahiyəsi AXC TV-də Əliməmməd Nuriyevlə müzakirə olunub - VİDEO
20:34, Bu gün
Göz sifilisi barədə bilmədikləriniz
20:04, Bu gün
Universitetdə oxuyan gənc qızın kömək üçün fəryadı - Onu zorlayıb və həmin anları lentə alıblar
19:58, Bu gün
Tacir Şahmalıoğlu məşhur müğənni ilə sevgili olub? - “Küçə qadınıdır, yiyəsi yoxdur!” - Foto
19:55, Bu gün
Kim Dotcom: “Kamala Harris qalib gəlsə, X sosial şəbəkəsi öləcək”
19:53, Bu gün
Bağça müəllimlərinin diaqnostik qiymətləndirmə imtahanı yekunlaşıb
19:52, Bu gün
İranlı nazir: Tehran İsrailin hücumuna cavab olaraq hədəfləri müəyyən edib
19:44, Bu gün
İngiltərənin dünya çempionu olması Tuxelə milyonlar gətirəcək
19:37, Bu gün
İsrai XİN rəhbəri Makronun "Euronaval"la bağlı qadağasına qarşı tədbir görülməsi barədə göstəriş verib
19:34, Bu gün
Boksçularımızdan Avropa çempionatında daha bir medal
19:33, Bu gün
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
19:27, Bu gün
Netanyahu Trampla telefonla danışıb
18:39, Bu gün
Günay Ağamalının seçicilərlə növbəti görüşü baş tutub - FOTOLAR
18:36, Bu gün
"Qəzzada gerçəkdən soyqırım törədilir" - Kamala Harris
18:32, Bu gün
"Zəngilan yaxın gələcəkdə xarici turistlərin ən çox ziyarət edəcəyi rayonlardan biri olacaq"
18:22, Bu gün
“Ağdamdan müsabiqə yolu ilə seçilmişdim, təəssüf ki, Şövkət xanım uğurlarımı görmədi”- Aygün Bayramova
18:20, Bu gün
“Mahnılar məndədir, onun ölümündən sonra səhnədən uzaqlaşmışam”-Rəhim Rəhimlinin mahnıları tapıldı-ÖZƏL
18:18, Bu gün
Mahir Emreli "Nürnberq"də qol hesabını açıb
18:02, Bu gün
Gürcüstandan gələn ruhanilər Ağdamda şükür namazı qıldılar
17:56, Bu gün
İstanbul-Təbriz reysində sərnişinləri Azərbaycan dilində salamladılar - VİDEO
17:47, Bu gün
Boksçumuz Avropa ikincisi oldu
17:41, Bu gün
Moldovada prezident seçkiləri və referendum keçirilib
17:32, Bu gün
Ukrayna Lipetsk aerodromunu vurdu
17:23, Bu gün
İran Pakistan və Əfqanıstanla sərhədə hasar çəkir
17:16, Bu gün
COP29 vaxtı məktəblər neçə günlük bağlanacaq? - CAVAB
17:08, Bu gün
Qadınlar duş qəbulu zamanı nə etməməlidir? - Ginekoloq söylədi
16:52, Bu gün
12 il mədəsində görün nə gəzdirib - FOTO
16:44, Bu gün
Bu ölkədə tabutu açıq qoyub, ölən şəxsə makiyaj edirlər - Qəribə adət 
16:39, Bu gün
“Qürur dolu Qayıdış” filmində təsirli anlar - VİDEO
16:29, Bu gün
Dörd arvadı və iki məşuqəsi olan kişidən ŞOK QƏRAR 
16:19, Bu gün
Körpələri öldürüb meyitini satırlarmış... - VİDEO
16:09, Bu gün
Sabah bu şəxslər ehtiyyatlı olsunlar!
16:00, Bu gün
“Mən cərimələrin artırılmasının əleyhinə səs verdim, çünki...” - SENSASİON MÜSAHİBƏ
15:52, Bu gün
BRİKS sammitinə qarşı PUA təhlükəsi: Kazan aeroportunda xüsusi plan işləndi
15:43, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı: Oktyabrın 25-dək...
15:35, Bu gün
Tramp: "Netanyahu Baydenə qulaq asmadığı üçün..."
15:25, Bu gün
Ən yaxşı 5 süfrə duzunu adları AÇIQLANDI- SALİNA...
15:19, Bu gün
Azərbaycanda zəlzələ oldu
15:10, Bu gün
Zeytun yağı adı ilə bunu ALIRIQ: saxtadan necə ayırd etmək olar?
15:04, Bu gün
Deputat bu bazar da vətəndaş qəbulu keçirdi, bəzi məsələlər yerindəcə həll olundu
15:00, Bu gün
Səfirimizin 3 milyonluq korrupsiya əməli- ŞOK FAKTLAR 
14:53, Bu gün
Nəfəs alarkən ürəyinə bıçaq batırılırmış kimi AĞRI HİSS EDİRSƏN?
14:46, Bu gün
300 manatlıq toylarla bağlı İNANILMAZ FAKTLAR
14:39, Bu gün
"İşğaldan azad edilmiş Zəngilan şəhəri bu gün böyük quruculuq meydanına çevrilib"- DEPUTAT 
14:32, Bu gün
Komitə sədrinin qohumu ABŞ-da cəbhəçi kimi siyasi sığınacaq aldı — ŞOK İDDİA
14:25, Bu gün
Polad Qəhrəmanov vəfat etdi - FOTO
14:15, Bu gün
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
14:05, Bu gün
Bakıda ustanın başını kəsib soyuducuya qoydular - Qandonduran qətlin TƏFƏRRÜATLARI 
13:55, Bu gün
ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? - Masazırdakı “Yeni Bakı” yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd
13:49, Bu gün
“Tağı Əhmədovu bağışlamaq lazımdır” – Ziya Məmmədov
13:40, Bu gün
"Böyük müharibədən yan keçmək üçün güc gərəkdir" - Zelenskinin Ofisi Qərbə sərt mesaj göndərib
13:35, Bu gün
Oktyabrın 20-nin ən xoşbəxt BÜRCÜ: Bu gün bunu etməyinizə dəyər
13:24, Bu gün
Avtobusda kişi 19 yaşlı qızın burnunu və üzünün bir hissəsini dişlədi- 50 TİKİŞ QOYULDU
13:17, Bu gün
“Təkcə hamamımız dağılmayıb, Zəngilanda müəllim olmaq istərdim”-FOTO
13:13, Bu gün
Yağış və qar yağacaq, dolu düşəcək - Sabahın hava PROQNOZU
13:06, Bu gün
Vətəndaşların nəzərinə: Kreditin verilməsində YENİLİK 
12:59, Bu gün
Mesajlaşmaq üçün ən etibarlı YER – Məxfiliyi qoruyur
12:50, Bu gün
Nigar Camal : "İnsanlar, soyuqdan "ölürük"- VİDEO
12:40, Bu gün
"G7 ölkələrinin Ukraynaya dəstəyi sarsılmazdır..."
12:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
12:36, Bu gün
Yeni telefon: nə şarja ehtiyac var, nə internetə - Mask möcüzəsi
12:29, Bu gün
Türkiyə silahlı qüvvələri İraqın şimalında terror təşkilatı PKK/KCK-nın iki liderini məhv edib - FOTOLENT
12:28, Bu gün
Şuşada 32 il sonra ilk körpə dünyaya gəlib - FOTOLENT
12:07, Bu gün
Türkiyədə yeni doğulan körpələri narkotiklərlə yuxuya verən cinayətkar dəstə ifşa edildi
12:01, Bu gün
Messidən het-trik, Suaresdən dubl, "İnter Mayami"dən darmadağın - VİDEO
11:58, Bu gün
Paşinyan bu dəfə arvadının işgüzarlığını NÜMAYİŞ ETDİRDİ - VİDEO
11:48, Bu gün
Ailədə hər uşağın atasının ayrı-ayrı kişilər olduğu ada - VİDEO
11:45, Bu gün
“Hakim partiya seçkini udarsa, müstəqil Gürcüstan daha mövcud olmayacaq”- Saakaşvili  
11:37, Bu gün
İsrail Təhlükəsizlik Kabineti bu gün toplanacaq
11:36, Bu gün
Salyan sakinini döyüb öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
11:34, Bu gün
Qlobal istiləşməyə 200 trilyon dollarlıq çarə tapıldı
11:26, Bu gün
"Amaliya Pənahova xərçəngə tutulanda yazdı ki..."
11:22, Bu gün
"Bayden Ukraynanı NATO-ya dəvət etməyə hazırdır" - "Le Monde"
11:20, Bu gün
İsrailin İrana hücum planları üzə çıxıb
11:18, Bu gün
İsrail ordusu Qəzza və Livana 175 zərbə endirdi
11:15, Bu gün
"Nədən canavarların geriyə dönüşü Avropada narahatlıq doğurur?" - "The Economist"
11:09, Bu gün
Bu yolda sürət həddi bərpa olundu
11:06, Bu gün
Qəzzada çoxmərtəbəli yaşayış binasına zərbə endirildi- 73 nəfər HƏLAK OLDU
10:56, Bu gün
Xalq artisti təcili əməliyyat olundu – FOTO
10:50, Bu gün
Sabiq icra başçısının oğlu ilə bağlı 2 milyonluq qalmaqal: “Bir ildir bizi girov saxlayırlar”
10:42, Bu gün
İranın nüvə bombasından güclü silahı - "Qiyamət günü" maşını
10:31, Bu gün
Dietoloq gecələr xurma yeməməyi məsləhət GÖRÜB 
10:22, Bu gün
Zəngilan şəhər günü: 4 ildir ki, azaddır...
10:16, Bu gün
Telegram istifadəçilərinə fotoşəkil adı altında virus göndərilməyə BAŞLADI
10:13, Bu gün
Parkda çantadan kişi qalıqları TAPILDI
10:09, Bu gün
Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib - VİDEO
10:00, Bu gün
Sağlamlığınıza zərər vermədən gündə nə qədər çörək yeyə bilərsiniz?
09:53, Bu gün
Sinvar 18 gün döyüşüb, öldüyü gün isə… - Şok detallar
09:45, Bu gün
Rusiyada 3 uşaq yanğında ÖLDÜ
09:40, Bu gün
NASA xəbərdarlıq etdi: Asteroid Yerə yaxınlaşır
09:36, Bu gün
“Oxuyanda qışqırmaqdan qrija olmuşam”
GÜNLÜK
04:32, Bu gün
İlqar Mirzəyevin oğlu bu xanımla nişanlandı- FOTOLAR
19 Oct 2024 | 23:47
Aeroport yolunda sürət həddi endirildi
19 Oct 2024 | 23:31
Əməkdar incəsənət xadimi Sürayə Ağayeva vəfat edib
04:52, Bu gün
Gəlini ilə münasibətdə olan qayınata oğlunu baltaladı - Dəhşətli qətlin TƏFƏRRÜATI
09:00, Bu gün
İş və istirahət günlərinin YERLƏRİ DƏYİŞDİRİLDİ - RƏSMİ
09:16, Bu gün
Putin Bakıya gəlməkdən imtina etdi- ŞOK SƏBƏB 
13:24, Bu gün
Avtobusda kişi 19 yaşlı qızın burnunu və üzünün bir hissəsini dişlədi- 50 TİKİŞ QOYULDU
08:48, Bu gün
Okeanın dibində Dinozavrlar dövrünə aid sirli BÖLGƏ TAPILDI 
10:42, Bu gün
İranın nüvə bombasından güclü silahı - "Qiyamət günü" maşını
08:28, Bu gün
Estakada ÇÖKDÜ: 7 nəfər öldü
HƏFTƏLİK
15 Oct 2024 | 14:36
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”-ÖZƏL
17 Oct 2024 | 10:08
"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
17 Oct 2024 | 23:18
"Girovları qaytarın, silahı yerə qoyun, öz həyatınızı xilas edin..."
17 Oct 2024 | 21:22
KİV: Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb
17 Oct 2024 | 21:01
Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar
17 Oct 2024 | 11:15
Ali Məhkəmənin bu qərarı HƏR ŞEYİ DƏYİŞƏCƏK 
18 Oct 2024 | 11:50
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU- VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
18 Oct 2024 | 11:35
Microsoft Data Mərkəzlərini niyə dənizin altına köçürdü?- ŞOK SƏBƏB 
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
AYLIQ
04:32, Bu gün
İlqar Mirzəyevin oğlu bu xanımla nişanlandı- FOTOLAR
19 Oct 2024 | 23:47
Aeroport yolunda sürət həddi endirildi
19 Oct 2024 | 23:31
Əməkdar incəsənət xadimi Sürayə Ağayeva vəfat edib
04:52, Bu gün
Gəlini ilə münasibətdə olan qayınata oğlunu baltaladı - Dəhşətli qətlin TƏFƏRRÜATI
09:00, Bu gün
İş və istirahət günlərinin YERLƏRİ DƏYİŞDİRİLDİ - RƏSMİ
09:16, Bu gün
Putin Bakıya gəlməkdən imtina etdi- ŞOK SƏBƏB 
13:24, Bu gün
Avtobusda kişi 19 yaşlı qızın burnunu və üzünün bir hissəsini dişlədi- 50 TİKİŞ QOYULDU
08:48, Bu gün
Okeanın dibində Dinozavrlar dövrünə aid sirli BÖLGƏ TAPILDI 
10:42, Bu gün
İranın nüvə bombasından güclü silahı - "Qiyamət günü" maşını
08:28, Bu gün
Estakada ÇÖKDÜ: 7 nəfər öldü