"Mən hətta öz qohumlarımı da xilas edə bilmədim; 70 yaşlı qoca əmim, onun oğlu və s. vəhşicəsinə qətlə yetirildi...”-Mir Cəfər Bağırov
Ekskluziv
Oxunub: 401
14:23, Bu gün
“Bu “qəti imtinaya” və hadisələri “qabaqcadan gördüyünə” baxmayaraq Bağırov hər halda Amazaspın dəstəsinə daxil olur, hərçənd özünü gələcəkdə təmizə çıxarmaq məqsədiləmi yazdığı, yaxud həqiqətən baş vermiş bir məqamı da vurğulamağı lazım bilir...”
 
“Mir Cəfər Bağırov hələ 1923-cü ildə, Az.SSR DİK Dövlət Siyasət İdarəsinin sədri olduğu zaman yazdığı tərcümeyi-halında Quba qırğınları ərəfəsində və həmin günlərdə baş verən hadisələrə toxunmuş, o cümlədən onu talançıların düşərgəsinə gətirib çıxaran səbəbləri bəraətləndirici tonda açıqlamağa çalışmışdır...”
 
“Mən nəinki əhalinin günahsız hissəsinə daşnakların vəhşi hərəkətlərindən qorunmaq üçün heç bir köməklik göstərə bilmədim, hətta öz qohumlarımı da xilas edə bilmədim. Mənim 70 yaşlı qoca əmim Mir Talıb, onun oğlu Mir Həşim, kürəkənimiz Hacı Heybət və digər qohumlarım süngülərlə vəhşicəsinə qətlə yetirildilər”.
 
Məlum olduğu kimi, Moderator.az oxucularını sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılmış cəmi iki cildlik material əsasında hazırlanmış  “Mir Cəfər Bağırovun məhkəməsi”  adlı kitabın ən maraqlı epizodlarıyla tanış edir. Materialın iki hissədə təqdim etdiyimiz “Müttəhim Bağırovun cinayətkar keçmişi barədə” başlıqlı ötən epizoduna(burada: ) şərhi təqdim edirik.
Sözügedən epizodun ““Bağırov Amazaspın daşnak dəstəsinin üzvü olub...”- Məhkəmə sənədlərindən” başlıqlı hissəsində meydana çıxan “Doğrudanmı Azərbaycanın gələcək rəhbəri erməni terrorçuların soydaşlarımıza qarşı soyqırımının iştirakçısı olub” sualına cavab tapılması məqsədi ilə tanınmış tarixçi, tarix elmləri doktoru, professor, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Solmaz Rüstəmova-Tohidinin 2022-ci ildə öz bloqunda təqdim etdiyi “Mircəfər Bağırov və azərbaycanlıların milli qırğını (II hissə)” yazısının zəruri məqamlarını nəzərinizə çatdırırıq:
 
“Qubada müsəlmanların soyqırımını kim dayandırıb?
 
...Mir Cəfər Bağırov 1918-ci il müsəlman əhalisinin kütləvi qırğınları zamanı harada idi?
 
Azərbaycanın gələcək “sahibi”, 20 il (1933-1953) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mir Cəfər Bağırov Qubada doğulmuşdu, burada oxumuş, işləmiş və karyerasının ilkin addımlarını da bu şəhərdə atmışdı. Odur ki, bir qubalı olmaqla, öz iradəsi iləmi, yaxud yaranmış şəraitin hökmü ilə, hər halda 1918-ci ildə məhz Quba hadisələrinin kifayət qədər tanınmış iştirakçılarından biri kimi çıxış etmişdir. Lakin onun adı, gözlənilənin əksinə olaraq, Qubanın irticaya məruz qalmış və müdafiə olunmuş sakinləri, ya başçıları arasında deyil, işğalçı qüvvələr yanında çəkilir və beləliklə, dərhal öz kiçik vətənində qınaq mənbəyinə çevrilir. Belə ki, həmin hadisələri araşdırmış Fövqəladə Təhqiqat Komissiyasının(Xalq Cümhuriyyəti dövründə- S.L.) sənədlərində həm qubalılar, həm də Qubaya ilk daxil olmuş bolşevik dəstəsinin rəhbəri gürcü Gelovani tərəfindən Mir Cəfər Bağırov “bolşevik”, “qubalı qatı bolşevik”, “yerli bolşevik” kimi dəfələrlə xatırlanır.
 
Təbii ki, bu məqam öz “kadrlarının” keçmişinə çox ciddi yanaşan kommunist hakimiyyətinin diqqətindən yayındırıla bilməzdi və əksinə, onun vurğulanması gənc bolşevikin karyerasına birmənalı müsbət təsir göstərməli idi. Lakin faktın özü – həmyerlilərinin kütləvi qırğınlarında iştirakı, görünür ki, hətta öz zamanında Mir Cəfər Bağırov üçün həssas məsələ olmuşdur. Təsadüfi deyil ki, o, hələ 1923-cü ildə, Az.SSR DİK Dövlət Siyasət İdarəsinin sədri olduğu zaman yazdığı tərcümeyi-halında Quba qırğınları ərəfəsində və həmin günlərdə baş verən hadisələrə toxunmuş, o cümlədən onu talançıların düşərgəsinə gətirib çıxaran səbəbləri bəraətləndirici tonda açıqlamağa çalışmışdır.
 
Əvvəlcədən vurğulayaq ki, Quba səhifələri Bağırovun tərcümeyi-halının, demək olar ki, ən dolaşıq, bir çox hallarda onun özü tərəfindən dolaşdırılmış hissəsi olmaqla bu tarixi şəxsiyyətin həyatında hətta dövrün ideologiyası baxımından belə, “işıqlı”, yaxud “şərəfli” hesab edilə bilməz. Və sözsüz ki, Mir Cəfər Bağırovun özünün söz açdığı bir çox məqamlar həqiqətə və ya digər sənədlərdən məlum olan hadisələrə uyğun gəlmir, yaxud onlarla ziddiyyət təşkil edirdi. Lakin onun bolşevik kimi siyasi karyerasının ilk dövrünün özü tərəfindən parlaq boyalarla təsvir edilən və çox zaman həqiqətdən uzaq detallarına varmadan, birmənalı vurğulanmalıdır ki, Quba hadisələri başlananda Mir Cəfər Bağırov artıq bolşeviklərlə birgə idi. Əgər həmin sənəddən, yəni Bağırovun özü tərəfindən yazılan tərcümeyi-halından çıxış edilərsə, Qubada hakimiyyətin, Gelovani başda olmaqla, ələ keçirilməsi cəhdinin təşəbbüskarı da az qala Bağırov olmuşdur...
 
Quba qəzasında Sovet hakimiyyətinin qurulması uğrunda ilk mübarizə 1918-ci ilin aprelində gürcü-menşevik knyazın və yerli müsəlman bolşevikin rəhbərliyi ilə erməni, bir neçə rus və yəhudi əsgərlərinin simasında “bolşevizm ideyası tərəfdarlarının” məğlubiyyəti ilə bitir. Lakin “vətəndaş müharibəsinin” bu ilk döyüşünün “siyasi” xarakterinə baxmayaraq, erməni dəstələrinin həmin döyüşlərdə iştirakı və geri çəkilərkən törətdikləri hərəkətlər artıq ona “milli” çalar verir. Belə ki, bolşeviklərin Qubadan getməsi onunla “əlamətdar” olur ki, 2 yəhudi müstəntiqdən başqa, şəhərdəki rus məmurlarının hamısı və bütün ermənilər də onlarla birlikdə şəhəri tərk edir. Gelovaninin şəhadətinə görə erməni dəstəsinin başçısı – Ağacanyan Qubanın bütün xristian əhalisini, əsasən də erməniləri guya xilas etmək məqsədilə ev-ev toplayır və onları güllə qabağında şəhərdən çıxarırdı. Qaçqınların erməni əsgərlərdən ləzgilərə atəş açmamaq xahişinə baxmayaraq Ağacanyan atışmanı kəsmirdi. Nəticədə erməni-bolşevik dəstəsi tərəfindən zorla şəhərdən aparılan xristian əhalidən bir neçə rus, yəhudi və erməni, o cümlədən rus və erməni keşişləri öldürülür. Məhz bu “erməni qurbanlarını” bəhanə edərək Amazaspın 3 minlik erməni cəza dəstələri az sonra şəhərə girəcək. Lakin qubalıların dinc yaşamaq üçün hələ iki həftə vaxtı vardı. Bəs Mir Cəfər Bağırov bu iki həftədə harada idi?..
Gelovani və erməni dəstələri ilə birlikdə Qubanı tərk edən M.C.Bağırov yazır: “…biz Petrovskdan gəlmiş xalis daşnak dəstəsinin himayəsi altında dəmir yolu xəttinə tərəf geri çəkildik… Biz Dərbəndə geri çəkilməyi qərara aldıq. Biz oraya çatdıqda yoldaş Naneyşvilinin Şimali Qafqazdan qayıdan eşelonları ilə qarşılaşdıq. Məşvərətdən sonra dağıdılmış dəstələrin yenidən təşkil edilməsi və Qubaya yeni hücumu hazırlamaq üçün Bakıya doğru hərəkət etmək qərarına gəldik… Çox çətinliklə Dəvəçiyə çata bildik. Bu zaman Bakı tərəfdən “Daşnaksütun” partiyasının liderlərindən biri olan Amazaspın məşhur dəstəsinin olduğu 4 eşelon göründü və Amazasp bəyan etdi ki, Mərkəzin, şəxsən yoldaş Şaumyanın əmri ilə Qubanı yer üzündən silmək üçün şəhərə tərəf hərəkət edirlər. Amma onlar yoldaş Naneyşvilidən bu işdə bizim partiyanın nümayəndəsinin də iştirakını təmin etməyi xahiş etdilər. Hərçənd Amazaspın yanında fövqəladə komissar kimi eser (əslində, qatı daşnak) Velunts var idi. Çox düşündükdən sonra yoldaş Naneyşvili mənə onlarla getməyi təklif etdi. Mən qəti şəkildə bundan imtina etdim, çünki bu dəstənin nə edə biləcəyini qabaqcadan görürdüm”.
 
Bu “qəti imtinaya” və hadisələri “qabaqcadan gördüyünə” baxmayaraq Bağırov hər halda Amazaspın dəstəsinə daxil olur, hərçənd özünü gələcəkdə təmizə çıxarmaq məqsədiləmi yazdığı, yaxud həqiqətən baş vermiş bir məqamı da vurğulamağı lazım bilir: “Yeri gəlmişkən, yoldaş Naneyşvili məni Amazaspın dəstəsi ilə Qubaya göndərərkən onun müavinlərindən zəmanət aldı ki, … mən onların himayəsi altında olacağam, mən isə öz növbəmdə Viktor Naneyşvilidən söz aldım ki, o, mənim öz xoşumla getmədiyimi təsdiq edir”.
 
Öz xoşu iləmi, ya yox, hər halda Mir Cəfər Bağırov əks düşərgədə olsa da, öz həmyerliləri ilə birlikdə Quba faciəsini yaşamalı olur.
 
1918-ci ilin may ayının 1-də səhər, müsəlmanlara qarşı öz vəhşiliklərilə məşhur olan daşnaksakan Amazaspın rəhbərliyi altında yalnız ermənilərdən ibarət 3 minlik nizami dəstə Quba şəhərini mühasirəyə alaraq, onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutmağa başlayır. Şəhərin alınması, müsəlman əhalisinin qırğını müxtəlif cür zorakılıqlarla müşayiət olunur. Elə birinci gün əksəriyyəti qadın və uşaqlar olan 715 müsəlman öldürülür. İkinci gün 1012 nəfər – əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirilir, müsəlmanların əmlakı talan edilir. Qətllər və talanlar sonrakı günlər də davam edir...
 
Amazaspın dəstələrinin hər hansı bir siyasi vəzifə – yeni hakimiyyətin qurulması – yerinə yetirmədiyi, əksinə müstəsna olaraq cəza missiyası daşıdığı heç kimdə şübhə doğurmurdu. Ermənilər küçələrdə və meydanlarda olanların hamısını öldürdükdən sonra, evlərə soxularaq, südəmər körpələrə belə rəhm etmədən, bütöv ailələri qırır, əvvəlcədən isə onların qızılını, pulunu və qiymətli əşyalarını əllərindən alaraq, qarət edirdilər. Daha sonra evləri, bazarları, dükanları, anbarları və s. yandırırdılar. Yığışdırılmamış meyitlər küçələrdə, evlərdə qalırdı. Şəhər rəisi Əli Abbas bəy Əlibəyov dəfələrlə meyitlərin dəfn edilməsi ilə bağlı müraciət etsə də, müsəlmanları bu yolla da cəzalandırmaq istəyən Amazaspdan rədd cavabı alırdı. Yalnız dördüncü gün, şəhəri üfunət iyi bürüməyə başlayanda erməni carçılar müsəlman kişiləri qollarına ağ sarğı bağlayaraq meyitləri basdırmağa çağırırlar. Şəhərin 60-dan çox sakini bu çağırışa cavab olaraq bayıra çıxır, lakin onların heç biri geri qayıtmadığından camaat yenidən gizlənir. Basdırılmayan və yeni öldürülənlərin meyitləri ermənilər gədənə qədər, yəni hələ 6 gün də küçələrdə qalır.
 
Həmin günlər Quba camaatı dəfələrlə Mir Cəfər Bağırovu şəhərdə görür: gah onun mənzilində müsəlmanlar evlərinin yandırılmaması üçün erməni qoçularına haqq verirlər, gah “doqquzuncu gün müsəlmanlardan qarət edilmiş bütün əmlak Bağırovun evindən arabalara yüklənərək Ayrapetovun nəzarəti altında şəhərdən çıxarılır” və s. Yeri gəlmişkən, sonuncu epizodu Mir Cəfər Bağırov özü də, lakin başqa yozumda təsdiq edir: “Amazaspın dəstələri bir həftə bütün Quba qəzasında azğınlıq etdikdən sonra qarət etdikləri bütün qiymətli əşyaları götürərək Bakıya tərəf hərəkət etdilər. Mən az qala diz üstə çökərək ondan yandırılmış evlərin sahibləri üçün ev əşyalarından nə isə qoparmağa nail oldum. Alınan şeylər paylanmaq üçün anbara yığıldı”.
Qubanın ictimai xadimlərinin apardığı hesablamalara görə, Amazaspın dəstələri hələ yalnız şəhərin özündə 4 milyon rubl nağd pul, 4 milyon yarım rubl dəyərində qızıl, zinyət əşyaları və qiymətli daşlar, 25 milyon rubl dəyərində müxtəlif mallar və ərzaq ehtiyatı ələ keçirmişdi. Bundan əlavə, Amazaspın dəstələri Quba şəhərində 105 ev və tikili, həmçinin müsəlman idarələrinin yerləşdiyi binaları yandırmışdılar. Yanğınlar nəticəsində zərərçəkənlərə 100 milyon rubl həcmində ziyan vurulmuşdu.
 
Burada belə bir sual meydana çıxır – bolşevik, eyni zamanda müsəlman və əslən qubalı olan Mir Cəfər Bağırov bu hadisələrin gedişinə hər hansı bir təsir göstərə bilərdimi? Çox güman ki, yox. Onun özü də tərcümeyi-halında belə bir etiraf edir: “Çox təəssüf edirəm ki, mənim iradəmin əksinə olaraq mənə Qubada baş vermiş dəhşətli mənzərənin şahidi olmaq qismət oldu. Mən nəinki əhalinin günahsız hissəsinə daşnakların vəhşi hərəkətlərindən qorunmaq üçün heç bir köməklik göstərə bilmədim, hətta öz qohumlarımı da xilas edə bilmədim. Mənim 70 yaşlı qoca əmim Mir Talıb, onun oğlu Mir Həşim, kürəkənimiz Hacı Heybət və digər qohumlarım süngülərlə vəhşicəsinə qətlə yetirildilər”.
 
Lakin Mir Cəfər Bağırovun Quba qırğınlarındakı iştirakı ilə bağlı ən maraqlı məqam bundan sonra başlayır. Az sonra bir daha Qubaya qayıdacaq və hadisələrə qatılacaq David Gelovani belə bir şəhadət edir: “Caparidze mənim keçmiş müavinim, qubalı Mir Cəfər Bağırovdan teleqram almışdı. Teleqramda deyilirdi ki, qubalılar onları xilas etmək üçün mənim Qubaya gəlməyimi xahiş edirlər, çünki Amazasp sağa-sola hər tərəfi yandırır və hamını qətlə yetirirdi. Caparidze mənə Quba şəhərinə getməyi təklif etdi. Mən razılaşdım və geniş səlahiyyətlər alaraq, Qubaya gəldim”.
 
Mir Cəfər Bağırov öz tərcümeyi-halında D.Gelovaninin ikinci dəfə Qubaya qayıtdığından danışmır, lakin özünün Caparidzenin adına teleqram göndərdiyini qeyd edir.
 
Beləliklə, Mir Cəfər Bağırovun “o dəhşətli mənzərənin” qarşısının alınmasında imkansız olsa da, heç olmasa dayandırılması üçün hər halda bir təşəbbüs-cəhd etdiyi və, ən başlıcası, bu cəhdin də baş tutduğu təsdiq olunur. İkinci dəfə Qubaya gələn D.Gelovani “burada törətdiklərinə görə Amazaspı danlayır”:
 
“O, və dəstənin komissarı Velunts mənə cavab verdilər ki, şəhərə öz aralarında müharibəyə başlayan şiə və sünnilər od vurmuş və bir-birini qırmışlar. Mən onlara inanmadım və Amazaspa öz dəstəsi ilə birlikdə Qubadan çıxıb getməyi təklif etdim. O əvvəlcə tərəddüd etdi, lakin sonra gedəcəyini bildirdi və həqiqətən, burda olduğu müddətin doqquzuncu günü bütün dəstəsi ilə çıxıb getdi. Onun arxasınca mən də çıxıb getdim”.
 
Mir Cəfər Bağırov vurduğu teleqram müqabilində yəqin ki, Amazaspın dəstələrinin törətdiklərinə qarşı özünün mövqeyinin anlaşılacağı ümidi ilə bu dəfə şəhərdə qalır. Lakin, Amazasp Qubadan çıxıb gedəndən 4 gün sonra şəhərə gələn “Alyoşa Caparidzenin fövqəladə səlahiyyətli nümayəndəsi yoldaş Levon Qoqoberidze” onu hətta dinləməyi belə lazım bilmir, əksinə, Bağırovu və onun adamlarından daha dörd nəfəri “qan tökülməsində iştirak etməkdə” günahlandıraraq həbs edir. Şəhərdə Çurayevin başçılığı ilə yenidən İnqilab Komitəsi yaradılır. Yeni Komitə bu dəfə özünün “gürcü” tərkibi ilə, Caparidze tərəfindən göndərilmiş, əsasən gürcü partiya işçiləri və zabitlərlə seçilir. Yeni İnqilab Komitəsi bu zaman Quba qəzasının Qusar bölgəsində olan Əli bəy Zizikski ilə əməkdaşlıq barədə danışıqlara başlayır, lakin rədd cavabı alır. Mir Cəfər Bağırov isə bu zaman “gələcək taleyini gözləyən müttəhim kimi… nəzarət altında oturur və şəxsən Stepan Şaumyana ətraflı məktub yazır”.
 
Həbsdə olan Mir Cəfər Bağırov həmin məktubun məzmununu açıqlamır, lakin guya “Quba üzərinə hazırlanan yeni basqın haqqında məlumat alaraq”, Əli bəy Zizikskinin əlinə düşməmək üçün gizlicə Qubadan qaçmağa müvəffəq olur və Bakıya gəlir. Bundan sonra, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulanadək Qubaya qayıtmır.
 
Burada yəqin ki, Mir Cəfər Bağırovun bioqrafiyasının bilavasitə 1918-ci il Quba qırğınları ilə bağlı səhifələrini çevirmək olardı. Lakin bu hadisələrdə adları çəkilən daha iki şəxsin sonrakı taleyi və Bağırovun düz 30 ildən sonra özünün bu mövzuya qayıtması söhbətin davamını zəruri edir.
Qubanın sovetləşdirilməsinə yönəlik fəaliyyətində David Gelovani ilə kifayət qədər sıx əməkdaşlığına və hətta Amazaspın törətdiyi qırğınların qarşısını almaq üçün Bakıya, Caparidzeyə göndərdiyi teleqramda məhz bu şəxsin Qubaya qayıtması və qırğınlara son qoyması xahişinə baxmayaraq Mir Cəfər Bağırov öz tərcümeyi-halında Gelovani haqqında “sonradan təxribatçı çıxdı” yazır, lakin bu ciddi ittihamın səbəblərini açıqlamır. Mümkündür ki, bu ittiham Gelovaninin ölkə ərazisində müsəlmanlara qarşı kütləvi qırğınların miqyasının və dəymiş ziyanın miqdarının araşdırılması, günahkarların cəzalandırılması məqsədilə Azərbaycan Cümhuriyyəti hökumətinin 1918-ci ilin 15 iyulunda yaradılmış Fövqəladə Təhqiqat Komissiyası ilə əməkdaşlıq etməsi ilə əlaqədar idi. Təsadüfi deyil ki, Bakı alındıqdan sonra şəhərdən qaçmamış Gelovaninin bir qədər dolaşıq və ziddiyyətli olsa da, əks tərəfin nümayəndəsi kimi verdiyi ifadələrin istintaq üçün əhəmiyyətini, eləcə də hərəkətlərində şəxsi düşmənçiliyin və qərəzliyin olmadığını nəzərə alan FTK müstəntiqləri onu “şahid” qismində dindirir və məsuliyyətə cəlb etmir. Gelovani 1919-cu ilin oktyabrına qədər Cümhuriyyət hökumətinin Əmək müfəttişliyində çalışır, lakin az sonra Sabunçu vağzalı yaxınlığında iki güllə ilə öldürülür. Qatil – erməni Sərkis Terunts, tapançasını tullayaraq hadisə yerindən qaçmağa cəhd edərkən yaxınlıqda olan bir azərbaycanlı əsgər tərəfindən yaxalanır. Kifayət sayda şahidlərin, o cümlədən iki qorodovoy və iki jandarmın olduğuna, “barıt qazlarının təzə qoxusu olan mauzer” tapançasının varlığına baxmayaraq S.Terunts sona qədər özünü müqəssir bilmir və bu səbəbdən də, cinayətin əsl səbəblərini açmaq mümkün olmur. İstintaqın Gelovaninin “Daşnaksütun” partiyası ilə əlaqəsinin olub-olmadığını aydınlaşdırdığı, S.Teruntsun işinin isə Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Prokurorluğuna verildiyi nəzərə alınarsa, ehtimal etmək olar ki, D.Gelovaninin qətli məhz siyasi motivlərə görə törədilmişdi. Görünür ki, erməni-daşnak tərəfi FTK ilə əməkdaşlığı ona bağışlamır…”
 
Qeyd:
 
“Mir Cəfərovun Bağırovun məhkəməsi” kitabının təqdim etdiyimiz epizodu və indi oxuduğunuz materialdakı faktlar, rəylər haqda digər tarixçi və araşdırmaçılarımızın fakt və sənədlərə əsaslanan şərhlərini də təqdim etməyə hazırıq.
 
Təqdim etdi: Sultan Laçın
 
Oxşar xəbərlər
17:22, Bu gün
Dəhşətli tıxacların SƏBƏBİ BU İMİŞ – Çıxış yolu tapıldı
17:18, Bu gün
Azərbaycan-İtaliya-Aİ münasibətlərinə həsr olunmuş videokonfrans keçirildi
17:14, Bu gün
AMEA-da işə davamiyyətin tənzimlənməsi üçün İşçi qrup yaradıldı
17:11, Bu gün
Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparıldı - FOTOLAR
17:07, Bu gün
Bayrağın bu formada asılmasını tənqid etdi - FOTO
17:02, Bu gün
İstanbulda 3+3 formatında görüş keçirildi - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Noyabrın 1-dən Şimali Koreyanın 10 min hərbçisi Ukraynada müharibəyə hazır olacaq"  - Budanov
16:52, Bu gün
Azərbaycanda teleradioların sayı artdı
16:47, Bu gün
AMEA-nın İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edildi
16:43, Bu gün
Elşad Miri: “Bu, transların verə biləcəyi bir qərardır” - VİDEO
16:40, Bu gün
İsgəndər Xəlilova AĞIR İTKİ
16:37, Bu gün
"Müstəqilliyimizi bərpa etmişik, amma yenə də, Şimal - Quzey küləkləri əsməkdədir...”
16:36, Bu gün
FHN qanunsuz tikililəri sökdü - VİDEO
16:33, Bu gün
Marketlərdən satılan çəkilmiş ətlərlə bağlı ŞOK FAKTLAR
16:31, Bu gün
Ceyhun Bayramov nazirlər toplantısında çıxış etdi - YENİLƏNİB + FOTO
16:29, Bu gün
Dünya təhlükə ilə üz-üzədir Marburq virusu  nədir?
16:27, Bu gün
Ebru Gündeşə bənzəyən gəlin sosial şəbəkələrdə gündəm oldu - FOTO/VİDEO
16:21, Bu gün
Bu çaylardan sel keçir - FAKTİKİ HAVA
16:16, Bu gün
Sahil Babayev Qaxda vətəndaşları qəbul etdi - FOTO
16:12, Bu gün
"İsrailin təcavüzünə qarşı mübarizəmiz davam edəcək" - "Hizbullah" 
16:07, Bu gün
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
16:02, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
15:57, Bu gün
Artıq başqasının paylaşdığını skrinşot etmək olmayacaq - Möhtəşəm yenilik
15:52, Bu gün
Nazpəri: “İlhamə sağ olsaydı, bağışlamazdım” - VİDEO
15:47, Bu gün
Lənkəranda öldürülən gənclə bağlı yeni detal: Nişan mərasimi olacaqdı - FOTO
15:41, Bu gün
Böyük Qayıdışla bağlı fləşmob keçirilib - VİDEO
15:35, Bu gün
“Şəhid imza” layihəsi çərçivəsində videoçarx hazırlanıb - VİDEO
15:30, Bu gün
“Azərsun Holdinq” minifutbol komandası ikiqat Avropa çempionudur - FOTOLAR
15:25, Bu gün
Dövlət Agentliyinin sədri vətəndaşların müraciətlərini dinləyib - FOTOLAR
15:22, Bu gün
Bakıda rəfiqələr arasında dava - 19 yaşlı qız bıçaqlandı
15:19, Bu gün
Daşkənddə “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” baş tutdu – FOTO/VİDEO
15:15, Bu gün
"İnsanlardan iyrənirəm, dünyaya NİFRƏT EDİRƏM" - VİDEO
15:12, Bu gün
Hakim olmaq istəyənlər üçün yeni qayda müəyyənləşir
15:09, Bu gün
Bu dərmanlar icbari tibbi sığorta təminatına alınır
15:06, Bu gün
Flora Kərimova Afətə əsəbləşdi: "Bu, məni alçatmaqdır..."
15:02, Bu gün
Öldürülən HƏMAS və “Hizbullah” başçıları: Yeni İran, yeni İsrail, yeni Yaxın Şərqə doğru - ŞƏRH
14:57, Bu gün
Səhiyyə Nazirliyi Füzulidə əhalinin növbəti tibbi müayinələrini təşkil etdi - FOTO
14:54, Bu gün
23 ilin prorektoru işdən çıxarıldı - Yerinə baş stomatoloq gətirildi
14:50, Bu gün
Yaşıllıqları məhv edənlər 8 ilədək azadlıqdan məhrum ediləcək
14:45, Bu gün
"Slovakiya Putinin əsl simasını görəcək" - Zelenskidən Fitsoya XƏBƏRDARLIQ
14:42, Bu gün
"BakıKart" hesablarındakı pulların aqibəti necə olacaq?
14:37, Bu gün
Evləri ola-ola "havada" qalan sakinlər - Dövlət qurumu nə tələb edir? - VİDEO
14:32, Bu gün
Müəllim bir şagirdlə cinsi əlaqədə oldu, digərlərini isə...
14:27, Bu gün
Azay Quliyevdən cərimələrlə bağlı MÜHÜM AÇIQLAMALAR 
14:23, Bu gün
"Mən hətta öz qohumlarımı da xilas edə bilmədim; 70 yaşlı qoca əmim, onun oğlu və s. vəhşicəsinə qətlə yetirildi...”-Mir Cəfər Bağırov
14:22, Bu gün
Toydan onminlərlə manat pul qazanan müğənnilərin nə qədər vergi borcu var? - ARAŞDIRMA
14:17, Bu gün
Azərbaycanlı aparıcı ölümlə ÜZ-ÜZƏ QALDI: başından və qolundan ZƏDƏ ALIB - FOTO/VİDEO
14:12, Bu gün
Sinvar öldü, ABŞ alqışladı - Yanaşmanıza tüpürüm...
14:01, Bu gün
Türkiyədə Azərbaycan milli xalçaları və geyimlərinin sərgisi açılıb - FOTOLAR
13:57, Bu gün
"ABŞ-da seçkilərdən sonra Ukraynanın irəliyə getməsi üçün üç yolu var" - Zelenski
13:52, Bu gün
Bələdiyyələrin sayı yarıbayarı azaldıldı
13:47, Bu gün
“Hər bir yaşayış məntəqəsinin öz bələdiyyəsi olmalıdır” - Qüdrət Həsənquliyev
13:42, Bu gün
Aqil Abbas Prezident haqqında film çəkilməsini təklif etdi
13:37, Bu gün
“Milli Məclisin Rəyasət Heyətinin fomalaşdırılmasına ehtiyac var” - Qüdrət Həsənquliyev
13:33, Bu gün
“Qiyməti qaldırıb, pulu alırlar, amma interneti vermirlər” – Müğənni ŞİKAYƏTLƏNDİ
13:29, Bu gün
Bu küçədən dairəvi yola çıxışda genişləndirmə işləri yekunlaşır - VİDEO
13:25, Bu gün
Ceyhun Bayramov Hakan Fidanla görüşdü - FOTO
13:21, Bu gün
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
13:17, Bu gün
Azərbaycanda bu avtomobillər ucuzlaşdı
13:13, Bu gün
COP29 vaxtı bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək
13:09, Bu gün
“Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılışı oldu - VİDEO
13:06, Bu gün
“Prezident COP29 zamanı qadağaların əleyhinə oldu” - Anar Ələkbərov
13:02, Bu gün
Silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir - FOTO/VİDEO
12:59, Bu gün
“18 oktyabr xalqımızın tarix və bəşəriyyət qarşısında özünütəsdiqi günüdür”
12:58, Bu gün
COP29 zamanı əsas küçə və prospektlərdə qadağalar olacaq?
12:55, Bu gün
Bakıda avtomobillərin hərəkət istiqaməti dəyişdirilir
12:52, Bu gün
“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub - FOTO
12:48, Bu gün
COP29-a görə toylar qadağan olunur?
12:44, Bu gün
Elektron Təhlükəsizlik Xidməti maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb
12:41, Bu gün
Yasamalda avtobusda GƏRGİNLİK - VİDEO
12:38, Bu gün
Ruben Vardanyan barədə QƏRAR VERİLDİ
12:35, Bu gün
“Gürcüstan  cəmiyyəti seçimində yanılmayacaq” - VİDEO
12:33, Bu gün
“Bələdiyyələrin statusu haqqında” qanun təsdiqləndi
12:30, Bu gün
Zahid Orucdan SENSASİON AÇIQLAMA: "Bayramı ermənilərlə birlikdə..."
12:28, Bu gün
Azərbaycanlı professora ağır itki
12:24, Bu gün
Bomba səsinə oyanan Gəncənin körpələri həmin gecədən danışdılar – TƏSİRLİ SÖZLƏR - VİDEO
12:20, Bu gün
ƏHD Partiyası Azərbaycan xalqını təbrik edib
12:16, Bu gün
Raman Saleyin həyat yoldaşı: “O, medalsız da mənim üçün çempiondur” - VİDEO
12:12, Bu gün
Nazir MÜHÜM XƏBƏRİ AÇIQLADI: yaxın 3 ildə Azərbaycanda...
12:08, Bu gün
“Bir fəqərəm qırıldı,bədəndə sümük əriməsi prosesi gedir” - VİDEO
12:04, Bu gün
Gəncədəki partlayışdan belə xilas edildilər - VİDEO
12:00, Bu gün
COP29-la bağlı qərar - SMS icazə, məhdudiyyət...
11:58, Bu gün
SİMA  işlərimizi necə asanlaşdırır?
11:57, Bu gün
"Azərişıq" ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisi yol qəzasında öldü
11:53, Bu gün
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı - FOTO
11:52, Bu gün
Tanınmış həkim Xalidə Babayevanın yubileyidir
11:50, Bu gün
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU- VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
11:46, Bu gün
"Kəpəz" "Qarabağ"ı qəbul edəcək - Premyer Liqa
11:43, Bu gün
Sənədi olmayanlar bu ölkəyə deportasiya olunacaq
11:39, Bu gün
“Qayıdış Könüllüləri” Proqramına qeydiyyata yenidən start verilir
11:35, Bu gün
Microsoft Data Mərkəzlərini niyə dənizin altına köçürdü?- ŞOK SƏBƏB 
11:30, Bu gün
Azərbaycan mediasında jurnalistika trendləri: problemlər və həll yolları
11:27, Bu gün
Nazir: "Ölkəmizin ümumi elektrik enerjisi istehsal gücü 4 faiz artıb"
11:24, Bu gün
Milli Məclis İlham Əliyev və xanımını təbrik etdi
11:21, Bu gün
"Aztelekom" vətəndaşları cərimələməyə başladı - FOTO
11:20, Bu gün
BDU Türkiyənin Balıkesir Universiteti ilə əməkdaşlığı genişləndirir
11:16, Bu gün
"Gələcəyiniz"lə tanış olun: 60 yaşındakı özünüzlə söhbət edə biləcəksiniz!
11:11, Bu gün
Aysunun keçmiş həyat yoldaşı Dubayda dələduzluq etdi: 1 nəfəri GİROV SAXLADI - ŞOK İDDİA/VİDEO
11:05, Bu gün
Milli Məclisin plenar iclası başladı
11:00, Bu gün
Niyə paltaryuyan maşını 40 dərəcədə işlətməməliyik?
GÜNLÜK
17 Oct 2024 | 23:18
"Girovları qaytarın, silahı yerə qoyun, öz həyatınızı xilas edin..."
17 Oct 2024 | 21:22
KİV: Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb
17 Oct 2024 | 21:01
Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar
10:44, Bu gün
“COP29 tribunasından “müharibəyə son” çağırışı Azərbaycanın sülhpərvər mahiyyətinin göstəricisidir”
11:50, Bu gün
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU- VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
09:05, Bu gün
Meta WhatsApp, Instagram və digər platformalarda işçilərini ixtisar edir - BU SƏBƏBDƏN 
00:37, Bu gün
"Mən, sadəcə, qadınları çox sevirəm; biz hamımız bir-birimizi eyni dərəcədə seviriksə..."
17 Oct 2024 | 17:36
"Türkiyənin həm NATO, həm də BRICS-də olması alınmayacaq" - "Medya Gunlugu"
11:35, Bu gün
Microsoft Data Mərkəzlərini niyə dənizin altına köçürdü?- ŞOK SƏBƏB 
08:38, Bu gün
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi
HƏFTƏLİK
15 Oct 2024 | 14:36
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”-ÖZƏL
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
17 Oct 2024 | 10:08
"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO
17 Oct 2024 | 11:15
Ali Məhkəmənin bu qərarı HƏR ŞEYİ DƏYİŞƏCƏK 
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
13 Oct 2024 | 10:33
At, eşşək və donuz əti idxalına 100 faiz gömrük ENDİRİMİ 
17 Oct 2024 | 23:18
"Girovları qaytarın, silahı yerə qoyun, öz həyatınızı xilas edin..."
17 Oct 2024 | 21:22
KİV: Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb
17 Oct 2024 | 21:01
Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
AYLIQ
17 Oct 2024 | 23:18
"Girovları qaytarın, silahı yerə qoyun, öz həyatınızı xilas edin..."
17 Oct 2024 | 21:22
KİV: Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb
17 Oct 2024 | 21:01
Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar
10:44, Bu gün
“COP29 tribunasından “müharibəyə son” çağırışı Azərbaycanın sülhpərvər mahiyyətinin göstəricisidir”
11:50, Bu gün
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU- VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
09:05, Bu gün
Meta WhatsApp, Instagram və digər platformalarda işçilərini ixtisar edir - BU SƏBƏBDƏN 
00:37, Bu gün
"Mən, sadəcə, qadınları çox sevirəm; biz hamımız bir-birimizi eyni dərəcədə seviriksə..."
17 Oct 2024 | 17:36
"Türkiyənin həm NATO, həm də BRICS-də olması alınmayacaq" - "Medya Gunlugu"
11:35, Bu gün
Microsoft Data Mərkəzlərini niyə dənizin altına köçürdü?- ŞOK SƏBƏB 
08:38, Bu gün
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi