“Rusiya Ermənistana təsir imkanlarını qoruyub saxlamaqdadır”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildib. Ekspert qeyd edib ki, Ermənistanın Qərblə genişlənən siyasi əlaqələri fonunda Rusiyadan iqtisadi asılılığının artması göz önündədir:
“Ermənistanın son vaxtlar Qərblə əməkdaşlığı gücləndirməsi, guya Rusiya asılılığından xilas olması ilə bağlı yaratdığı görüntü illüziyadan başqa bir şey deyil. Reallıq bundna ibarətdir ki, Rusiya bu gün də Ermənistan üzərində böyük təsir imkanlarına malikdir və bu ölkədəki rus hərbi bazasının bunun ən böyük isbatıdır.
Ermənistanla Rusiya arasındakı iqtisadi münasibətlərə baxsaq, bu asılılığın azalmadığını, əksinə daha da artdığına şahid olarıq. Ermənistanın iqtisadiyyatı da, təhlükəsizliyi də əsaslı dərəcədə Rusiyadan asılıdır. Belə olan halda İrəvanın guya Rusiya asılılığından xilas olduğu haqqında danışmaq absurddur”.
Seymur ƏLİYEV