16:30
10°C
Bakı
Moderator.az xəbər verir ki, müasir dünyanın ən böyük texnologiya şrikətlərindən olan “Microsoft” bəzi dövlətlərin kriminal hakerlərlə əməkdaşlığı genişləndirdiyini bildirib. Şirkət bəyan edib ki, söhbət Rusiya, Çin və İran kimi ölkələrdən gedir.
Şirkət bəyan edib ki, bu əməkdaşlıqda hər iki tərəfin öz marağı mövcuddur. Belə ki, dövlətlər kriminal hakerlərin bacarığından istifadə edərək rəqib dövlətlərə zərbə endirməyə çalışır. Hakerlərin isə məqsədi bu dövətlərin himayəsi altında, təhlükəsiz ortamda daha çox gəlir əldə etməkdir.
“Microsoft” avtoritar hökumətlərlə kriminal hakerlər arasındakı əməkdaşlığı müasir dünyamız üçün təhlükəli hal kimi dəyərləndirib.
Seymur ƏLİYEV