Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistan Qərblə və NATO üzvü olan qardaş Türkiyə istiqamətində siyasi diplomatik və hərbi-siyasi fəaliyyətini gücləndirməkdədir.
Moderator.az xəbər verir ki, “Hraparak”-ın yaydığı məlumata görə, xarici işlər naziri Ararat Mirzoyan bu axşam İstanbula yola düşüb. O, oktyabrın 18-də burada keçiriləcək “3+3” regional məsləhət platformasının üçüncü iclasında iştirak edəcək. Rusiya tərəfi də görüşdə iştirakını təsdiqləyib.
Eyni mənbənin məlumatına görə, Ermənistan Respublikası müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryanın rəhbərlik etdiyi nümayəndə heyəti isə ABŞ-da işgüzar səfərdədir. Asryan oktyabrın 13-16-da Vaşinqtonda ABŞ Ordu Assosiasiyasının illik silah sərgisində iştirak edəcək.
Xatırladaq ki, dünən – oktyabrın 14-də Cenevredə Ermənistan parlamentinin sədri Alen Simonyan türkiyəli həmkarı Numan Qurtulmuşla Cənubi Qafqazda sülh prosesini müzakirə edib.
S.Laçın