Müstəqil Azərbaycanın YÜKSƏLİŞİ - PLANLAR, UĞURLAR, NAİLİYYƏTLƏR…
Ekskluziv
1734
15 Oct 2024 | 17:45

Müstəqil Azərbaycanın YÜKSƏLİŞİ - PLANLAR, UĞURLAR, NAİLİYYƏTLƏR…

“Müstəqil Azərbaycanın yeni yüksəliş dövrünün 21 ilini geridə qoyaraq 2003-cü ildə olduğu B nöqtəsindən 2024-cü ildəki C nöqtəsinə çatdı. 
 
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub nəqliyyat dəhlizi, Cənub-Qərb və Şimal-Qərb nəqliyyat dəhlizləri, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Şahdəniz layihəsi, Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu qaz boru kəməri, Trans-Adriatik qaz boru kəməri, Rəqəmsal İpək Yolu, Xəzər dənizi–Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi, Ələt Azad İqtisadi Zonası, Bakı Beynəlxalq Ticarət Limanı, Sənaye Məhəllələri, Sənaye Parkları, Alternativ Enerji strategiyası üzrə investisiyaların cəlb edilməsi Azərbaycanın B və C nöqtələri arasında yaratdığı uğurların sadəcə bəziləridır”.
 
Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib. 
 
 
“Təbii ki, ərazilərin işğaldan azad edilməsi bütün uğurların zirvəsində gəlir. İşğaldan azad edilmiş ərazilərin bərpası, Böyük qayıdış, ÜDM-in həcmi 4 dəfəyədək, nominal isə 18 dəfə, valyuta ehtiyatarının 38 dəfə, müxtəlif növ sosial ödənişlərin dəfələrlə artımı, yoxsulluğun səviyyəsinin, təxminən, 44,7 faizdən 5,2 faizədək azalması, 300 milyard dolları keçən investisiya yatırımları və digər uğurlar da cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 21 illik zaman kəsiyində yaratdığı digər uğurlardır. 
 
Siyahını uzandıqca uzatmaq mümkündür. Amma siyahıda nə olursa olsun, ölkəmizin Suverenliyinin bərpa edilməsi hər bir uğurun zirvəsi olaraq qalacaqdır”.
Link kopyalandı!
Son xəbərlər