Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün, oktyabrın 15-də Asiya ticarəti zamanı neftin qiyməti, demək olar ki, iki həftənin minimum səviyyəsinə düşüb.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Brent" markalı neftin fyuçersləri 2,81 dollar və ya 3,6% ucuzlaşaraq barreli 74,65 dollara, ABŞ xam neftinin (WTI) bir barreli 2,72 dollar və ya 3,7% ucuzlaşaraq 71,11 dollara düşüb.
Ucuzlaşmanın əsas səbəbləri arasında İsrail və İran arasında genişmiqyaslı müharibənin perspektivləri ilə bağlı narahatlıqların müəyyən qədər azalmasıdır.
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a bildirib ki, ölkəsi ölkənin nüvə və ya neft infrastrukturuna deyil, İranın hərbi obyektlərinə zərbələr endirməyə hazırdır. Vaşinqton bu bəyanatı rahatlıqla qarşıladı.
Neftin qiyməti hətta 70 dollar/bareldən də aşağı düşə bilər.
"Phillip Nova" analitiki Priyanka Saçdeva "Lakin geo-siyasət nefti bu səviyyədə dəstəkləməyə davam edir",- deyə bildirib.
S.Laçın