1863
15 Oct 2024 | 08:24

"Qüds" briqadasının komandanı sağ-salamat üzə çıxdı...-İsrail mediası

İranın dövlət mediası Qüds Qüvvələrinin komandiri İsmayıl Haaninin ölümü ilə bağlı yayılan son şayiələrə baxmayaraq sağ və salamat olduğunu nümayiş etdirib. Bu söz-söhbətlər Qaaninin Beyrutda İsrailin hücumu zamanı mümkün sui-qəsd xəbərlərindən sonra ortaya çıxıb.
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, "İRNA" agentliyinin yaydığı videoda Qaani Beyrutda "Hizbullah" lideri Həsən Nəsrullahı öldürən İsrailin eyni zərbəsi zamanı ölürülən Qüds Qüvvələrinin yüksək rütbəli zabiti Abbas Nilfurşanın dəfn mərasimində görüntülənib.
 
Əvvəllər Qaani Nəsrullahın ölümündən sonra ictimaiyyət qarşısına çıxmamışdı və bu, onun yoxa çıxması ilə bağlı şayiələrə səbəb olmuşdu. Həmçinin, Dahiya bölgəsindəki hücumdan sonra onun İsraillə əməkdaşlıq şübhəsi ilə istintaqa cəlb olunduğu, hətta infarkt keçirə biləcəyi də iddia edilib. Bununla belə, İran hakimiyyəti Qüds Qüvvələri komandirinin səhhətinin yaxşı olduğunu və vəzifəsini yerinə yetirməkdə davam etdiyini vurğulayır.
 
S.Laçın

 

Link kopyalandı!
Son xəbərlər