Çin 600 min nəfərdən ibarət nəhəng casus ordusu yaradıb... -
Ekskluziv
1750
15 Oct 2024 | 07:43

Çin 600 min nəfərdən ibarət nəhəng casus ordusu yaradıb... -"KQB"-ni ötdü...

Çin 600 min nəfərdən ibarət nəhəng casus ordusu yaradıb. Pekinin kəşfiyyat əməliyyatları Soyuq Müharibə dövründə "KQB"-nin əməliyyatlarını ötüb.
 
Moderator.az "Moscowtimes"-ın Rusiya bürosuna istinadla xəbər verir ki,  "The Wall Street Journal"-ın yazdığına görə, Çin əməliyyatları kiber-hücumlardan tutmuş elmi və sənaye casusluğuna qədər müxtəlifdir. Siyasətçilərə rüşvət vermədən də keçinmirlər. Və diqqətəlayiqdir ki, Qərb kəşfiyyat orqanlarının Çin şəbəkəsi ilə üzləşmək üçün resursları yoxdur.
 
"WSJ" yazır ki, Qərb kəşfiyyatına görə, Çin indi nəhəng casuslar ordusunu "yaradıb" və onlara qarşı mübarizə mərkəzləşdirilməmiş əməliyyatlar aparması baxımından da çətinləşir. Bu cür əməliyyatlar bir çox şöbələr və özəl şirkətlər tərəfindən həyata keçirilir. İstifadə etdikləri üsullar sistemsiz, təsadüfi görünür, çünki onlar əsasən avtonom işləyirlər.
 
Eyni zamanda, ABŞ FTB-nin məlumatına görə, Çin tərəfindən dəstəklənən hakerlərin sayı Amerika departamentinin kiber personalının sayından ən azı 50 dəfə çoxdur.
 
FTB direktoru Kristofer Urrey bu ilin əvvəlində deyib: "Çinin haker proqramı miqyasına görə bütün digər böyük milli dövlətlərinkindən daha böyükdür".
 
Bir Avropa agentliyi bildirir ki, Çin kəşfiyyatının toplanması və təhlükəsizlik əməliyyatlarına 600 minə qədər adam cəlb oluna bilər.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər