Rusiyada minlərlə Şimali Koreya əsgəri təlim keçir və Ukraynaya göndərilə bilərlər...-
Ekskluziv
1978
12 Oct 2024 | 07:32

Rusiyada minlərlə Şimali Koreya əsgəri təlim keçir və Ukraynaya göndərilə bilərlər...-"ISW"

KXDR-dən olan əsgərlər artıq Ukraynada döyüşürlər və bir neçə min Şimali Koreya əsgəri Rusiyada təlim keçir və çox güman ki, gələcəkdə onlar cəbhə xəttinə göndərilə bilər.
 
Moderator.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki,  bu haqda  ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu ("ISW") məlumat yayıb. 
 
Analitiklər "The Washington Post"-a istinadla  bildirirlər ki, Cənubi Koreya və Ukrayna rəsmiləri Şimali Koreya əsgərlərinin artıq Ukraynada Rusiya qoşunları ilə birlikdə fəaliyyət göstərdiyini bəyan ediblər.
 
Ukrayna hərbi kəşfiyyatının sözçüsü bildirib ki,  Şimali Koreya zabitləri Rusiya qoşunlarını izləyir və Rusiyanın işğalı altında olan Ukraynada döyüş meydanını öyrənirlər, lakin Ukrayna hələ də Şimali Koreya bölmələrinin Ukraynada fəaliyyət göstərdiyini görməyib.
 
“Ukrayna rəsmisi əlavə edib ki, “bir neçə min” Şimali Koreyalı piyada Rusiya ərazisində təlim keçib və Rusiya hərbi komandanlığı onları Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak edən “ehtiyatları”nı əvəz etmək üçün 2024-cü ilin sonuna qədər Ukraynadakı cəbhə xəttinə və ya Rusiyanın sərhəd bölgələrinə köçürə bilər”, - "ISW" belə yazır.
 
Qeyd olunur ki, Şimali Koreya hərbçiləri çox güman ki, işğal altında olan Donetsk bölgəsində fəaliyyət göstərir. Analitiklər onu da xatırladırlar ki, bu yaxınlarda işğal olunmuş Donetsk yaxınlığındakı raket zərbəsi nəticəsində bir neçə Şimali Koreya zabiti həlak olub.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər