“Bizi heç kim ittiham edə bilməz, heç kim!”
Ekskluziv
1733
11 Oct 2024 | 17:33

“Bizi heç kim ittiham edə bilməz, heç kim!”

Cümşüd Nuriyev: “Azərbaycan nə edibsə yerində və düzgün edib”

 

“Azərbaycanı nə Vətən müahribəsinə, nə lokal antiterror tədbirlərinə görə, nə də milli maraqlarının müdafiəsi istiqamətində atdğı digər addımlara görə kimsə ittiham edə bilməz. Biz qalib xalqıq, qaliblər isə ittiham edilmir”.

 

Bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Elspert qeyd edib ki, bu gün bəzi güclərin erməniləri yenidən Qarabağa qaytarmaq cəhdləri əbəsdir və heç vaxt reallaşmayacaq:

 

“Bu gün biz ABŞ, Fransa və digər dövlətlərin açıq ermənipərəst siyasət yürütdüyünə şahid olmaqdayıq. Bu güclər Ermənistanı bir tərəfdən silahlandırır, digər tərəfdən isə ona siaysi dəstək verərər məğlub ölkədə revanşist meyilləri alovlandırırlar. Onların gözü Azərbaycanın qələbəsini götürmür. Onlar bölgə ilə bağlı öz maraqlarını təmin etmək üçün yeni qarşıdurma yaratmağa, ermənilərin yenidən Qarabağa qayıdışına nail olmağa çalışırlar. Lakin bütün bu cəhdlər səmərəsizdir və heç vaxt gerçəkləşməyəcək.

 

Azərbaycan işğalçılar, separatçılar üzərində qəti qələbə qazanıb və bu qələbəni, onun nəticələrini sonsuza qədər qoruyacaq”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər