Ekskluziv
2004
11 Oct 2024 | 15:05

"Rusiya İsrailə qarşı müharibədə "Hizbullah"a döyüş dronları verib" - İsrail mətbuatı

 
"Rusiya İranın vasitəçiliyi ilə həmçinin Yəmən husilərinə gəmiəleyhinə raketlər verilməsi barədə danışıqlar aparır..."
 
Rusiyanın İsrailə qarşı müharibədə iştirakı getdikcə daha aydın görünür və daha əhəmiyyətli təsir bağışlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət mediakorporasiyası Livanın "Ə-Nahar" qəzetinə istinadən məlumat verib. Məlumatı "focus.ua" nəşri yayıb.
 
Məlumatda deyilir ki, Rusiya "Hizbullah"a döyüş dronları verib və Livan terrorçularına onları idarə etməyi öyrədir.
 
Görünür, Rusiyanın İsrailə qarşı müharibədə iştirakı getdikcə daha əhəmiyyətli olur. Bu məlumatdan başqa, iki həftə öncə "Reuters" agentliyi məlumat verib ki, Rusiya İranın vasitəçiliyi ilə Yəmən husilərinə gəmiəleyhinə raketlərin verilməsi barədə danışıqlar aparır. 
 
Agentliyin məlumatına görə, husilərlə təmaslar hələ may ayının sonunda aviasiya qəzasında həlak olan İranın sabiq prezidenti İbrahim Rəisinin dönəmində başlayıb.
 
Rusiya nümayəndələri otən il ərzində ən azı iki dəfə Tehranda husilərin nümayəndələri ilə mümkün sövdələşməni müzakirə edib. Danışıqlar bitməyib və yaxın zamanlarda tərəflər arasında əlavə görüşlər gözlənilir.
 
Dəqiqləşdirilir ki, Rusiyada husilərə raketlər verilməsi barədə son qərar hələlik qəbul edilməyib. Söhbət hələ sovetlərdən qalma orta mənzilli, uçuş məsafəsi 300 km-dək olan universal səsdəniti "Oniks" П-800 (ixrac variantında "Yaxont" adlanır) gəmiəleyhinə raketlərdən gedir.
 
Ekspertlərin fikrincə, bu raketlər husilər tərəfindən təkcə Qırmızı dənizdə kommersiysa gəmilərinə deyil, həm də Amerika və Avropanın hərbi gəmilərinə təhlükə dərəcəsini artıracaq. "Reuters" agentliyinin məlumatına görə, Rusiya əvvəllər "Hizbullah"a bu tip raketlər tədarük edib.
 
Xəbər verildiyi kimi, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Yaxın Şərqdə vəziyyəti şərh edərkən bəyan edib ki, Livanın "Hizbullah" qruplaşması, o cümlədən onun hərbi qanadı, İsrailin hücumlarına rəğmən, əvvəlkitək mütəşəkkil və döyüşqabiliyyətlidir.
 
ABŞ Dövlət katibi Entoni Blinken sentyabr ayında məlumat verib ki, Rusiya və İran nüvə sahəsində əməkdaşlıq edir.
 
O, əlavə edib ki, əməkdaşlıq çərçivəsində Rusiya İslam Respublikasına lazım olan texnologiyaları İranla bölüşür.
 
Bunun əvəzində Moskva bu yaxınlarda Tehrandan ballistik raketlər əldə edib və Ukraynaya qarşı müharibəsində istifadə edəcəyi gözlənilir.
Link kopyalandı!
Son xəbərlər