"Son zamanlar Amerika KİV-lərində Birləşmiş Ştatlatın İsrailə təsirinin azalması barədə yazılar dərc edilir..."
ABŞ administrasiyası İsrailin Amerika silahının tətbiqinə məhdudiyyətlər qoyulmasının mümkünlüyünü nəzərdən keçirmir.
Moderator.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün ənənəvi brifinqdə məlumat verib. Məlumatı "tass.ru" agentliyi yayıb.
"Ağ Evin İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ və şəxsən prezident Co Baydenin istəklərini görməzdən gəlməsi səbəbindən Yaxın Şərqdə döyüş əməliyyatlarının aparılmasına dair hər-hansı məhdudiyyətləri planlaşdırması ilə bağlı suala o, "Yox" cavabını verib.
Jan-Pyerdən həmçinin Livanda BMT Müvəqqəti Qüvvələri sülhməramlılarının mövqelərinin İsrail tərəfindən atəşə tutulmasını şərh etmək xahiş edilib və Baydenin bu ölkədə təşkilatın sülhməramlı kontingentinin iştirakının zəruri olmasını hesab etməsi barədə ona sual ünvanlanıb. Ağ Evin mətbuat katibi qeyd edib ki, bu barədə ona daha çox məlumat lazımdır.
"Mən belə məlumatı əldə edən kimi sizə cavab verə biləcəyəm - o, deyib. - Heç şübhəsiz, biz sülhməramlıların müdafiə olunması və təhlükəsiz şəraitdə olmasını istəyirik, lakin bu konkret hadisə ilə bağlı sizə hələlik heç nə deyə bilmirəm".
Bindan öncə Almaniya kansleri Olaf Şolts Bundestaqda debatlar zamanı bəyan edib ki, Berlin İsrailə silah tədarükünü davam etdirəcək, bu barədə "Reuters" agentliyi məlumat verib.
Almaniya kanslerinin bu bəyanatı müxalifət tərəfindən Berlinin bu il yəhudi dövlətinə hərbi ixracın həcminin qəsdən azaltması ilə bağlı alman hakimiyyətini ittiham etməsindən sonra səsləndirilib.
Son zamanlar Amerika KİV-lərində ABŞ-ın İsrailə təsir dərəcəsinin azalması barədə yazılar dərc edilir.
Oktyabrın 8-də isə Amerika jurnalistikasının veteranı, "The Washington Post" qəzetinin redaksiya heyətinin üzvü Bob Vudvordun yeni kitabından seçmələr dərc edilib.
Burada Baydenlə Netanyahu arasında münasibətlərin gərgin olması, ABŞ prezidentinin İsrail baş nazirini yalançı adlandırması, bu zaman senzuradan kənar leksikadan istifadə etməsi qeyd edilir.
Vudvordun deməsinə görə, İsrailin iyul ayında Livana raket zərbəsi nəticəsində "Hizbullah"ın baş katibinin hərbi məsələlər üzrə baş müşaviri Fuad Şükürün qətlindən sonra Bayden Netanyahu ilə telefon söhbətində onun üstünə qışqıraraq kobud formada bu əməliyyatın nə üçün aparıldığını izah etməyi ondan tələb edib.