Ekskluziv
1855
11 Oct 2024 | 13:17

"Rusiya Kursk vilayətinə 50 min hərbçi göndərib" - general Sırski

 
"Bu, əlbəttə ki, bizə müdafiə əməliyyatlarının aparılması üçün şəraiti yüngülləşdirib..."
 
Rusiya 50 minə yaxın hərbçisini Kursk vilayətinə cəlb etməklə Ukrayna cəbhəsində öz mövqelərini zəiflədib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general Aleksandr Sırski telemarafonda yayımlanan sənədli filmdə bəyan edib. Məlumatı "24tv.ua" nəşri yayıb.
 
Baş Komandan qeyd edib ki, Rusiya komandanlığı bu qüvvələri düşmənin hücum əməliyyatları apardığı digər cəbhələrdən cəlb etməli olub. "Biz bilirik ki, Kursk istiqamətinə digər istiqamətlərdən təxminən 50 min hərbçi göndərilib", - Sırski bəyan edib. 
 
General həmçinin qeyd edib ki, Rusiya qüvvələrinin Kursk vilayətinə göndərilməsi səbəbindən cəbhənin digər istiqamətlərində, o cümlədən Zaporojye, Xerson vilayətləri və cəbhənin Kramatorsk sahəsində düşmən qruplaşmaları zəifləyib.
 
"Bu, əlbəttə ki, bizə müdafiə əməliyyatlarının aparılması üçün şəraiti yüngülləşdirib", - Baş Komandan deyib. 
 
Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı - xəbərlər
 
Bundan öncə "Bloomberg" nəşri yazıb ki, Ukrayna Rusiyanın Kursk vilayətində ələ keçirdiyi əraziləri bir neçə ay ərzində, hətta daha uzun müddətə saxlaya biləcək.
 
Rusiya qoşunları yalnız məhdud əkshücumlar həyata keçirir, bu zaman əsas diqqəti Ukraynanın şərqində aparılan əməliyyatlara yönəldir.
 
Eyni zamanda "DeepState" nəşrinin analitikləri məlumat verib ki, Rusiyanın işğalçı qoşunları USQ-nin Kursk qruplaşmasının sol cinahını yarıb keçib.
Link kopyalandı!
Son xəbərlər