“Avropa İttifaqı missiyası şərti sərhəddən çıxarılmalıdır”
1805
09 Oct 2024 | 14:49

“Avropa İttifaqı missiyası şərti sərhəddən çıxarılmalıdır”

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşüb. General Kərim Vəliyev görüşdə, şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqı missiyasının yerləşdirildiyini, bunun isə bölgədə gərginliyi artırdığını bildirib.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə, İrəvanın məqsədli şəkildə vəziyyəti mürəkkəbləşdirməyə çalışdığını qeyd edib:

 

“Təəssüflər olsun ki, Ermənistan Avropa İttifaqı missiyasının vasitəsilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır. Ermənistanın Azərbaycanla şərti sərhəddə Avropa İttifaqı missiyasını yerləşdirməsi, bu missiyanın daha da genişləndirilməsi bundan xəbər verir.

 

Azərbaycan tərəfi haqlı olaraq bununla bağlı öz naraahtlığını Avropa İttifaqı missiyasında təmsil olunan dövlətlərin diqqətinə çatdırıb. Azərbaycan Ordusunun Baş Qərargah rəisi general– polkovnik Kərim Vəliyev də NATO yetkilisi ilə görüşdə mövcud vəziyyəti qarşı tərəfin diqqətinə çatdırıb, bəzi dövlətlərin Ermənistanı silahlandırdığını vurğulayıb.

 

Ermənistanın Avropa İttifaqı missiyasını sərhəddə yerləşdirməsi sanki belə bir təəssürat yaradır ki, İrəvan sərhəddə yeni gərginlik yaratmaq və missiyanı bu gərginliyin tərəflərindən birinə çevirməyə çalışır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ordumuz istənilən təhdid və təhlükənin qarşısını almağa qadirdir və ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə qarşı atılan istənilən addımın qarşısı qətiyyətlə alınacaqdır.

 

Bu baxımdan Avropa İttifaqı missiyanın təhlükəsizliyi haqqında da düşünməli və anlamalıdır ki, Ermənistan onların təhlükəsizliyinin təminatçısı ola bilməz. Avropa İttifaqı missiyanı şərti sərhəddən çıxarmalı və regionda vəziyyəti mürəkkəbləşdirən istənilən addımdan çəkinməlidir”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər