Ekskluziv
2021
07 Oct 2024 | 20:21

"Dünya Hitlerin qarşısını aldı, indi növbə onundur" - Ərdoğan

"Qəzzada, Fələstində, Livanda dünya birliyinin gözləri qarşısında insanlıq və bəşəriyyətin gələcəyə ümidləri ölməkdədir..."
 
"İsrail gec ya tez blokadada olan Qəzza bölgəsində bir il ərzində törətdiyi və törətməkdə davam etdiyi soyqırıma görə cavab verəcək".
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün "X" sosial şəbəkəsində İsrailin Qəzzada apardığı müharibənin ildönümünə həsr etdiyi postunda yazıb. Məlumatı "Adadolu" agentliyi yayıb.
 
"Bu gün oktyabrın 7-dir...Düz 365 gün öncə hələ sağ olan 50 mindən artıq bacı-qardaşlarımız, əsasən, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilib. Qəzzada xəstəxanalar, müxtəlif konfessiyalara məxsus ibadət yerləri, məktəblər daha fəaliyyət göstərmir. Bir çox jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, sülh səfirləri aramızda yoxdur", - Ərdoğan qeyd edib.
 
"Qəzzada, Fələstində, son günlər isə Livanda təkcə qadınlar, körpələr, günahsız mülki şəxslər deyil, həmçinin insanlıq və beynəlxalq sistem ölür. Düz bir il ərzində dünya birliyinin gözləri qarşısında, birbaşa efirdə insanlıq, bəşəriyyətin gələcəyə olan bütün ümidləri gerçəkdən ölür", - o, davam edib.
 
Ərdoğan bəyan edib ki, bu gün, oktyabrın 7-də o, cinayətkar İsrail hökuməti tərəfindən qətlə yetirilən on minlərlə insanın xatirəsini böyük kədərlə yad edir, habelə Qəzzadan, Fələstindən və Livandan olan bacı-qardaşlarına həyat yoldaşları, övladları və ailələrini itirdiklərinə görə ürək ağrısı ilə səmimi başsağlığı verir.
 
"İsrailin illərlə davam edən soyqırım, işğal və hərbi müdaxilə siyasətinə son verilməsinin zamanı yetişib. Baş nazir Binyamin Netanyahu və onun cinayətkar dəstəsini vaxtilə Adolf Hitleri dayandırdığı kimi bəşəriyyətin birliyi dayandıracaqdır", - Ərdoğan yazıb.
 
O, əlavə edib ki, Türkiyə nəyin bahasına olursa-olsun, İsrail hökumətinə müqavimət göstərməkdə davam edəcək və dünya birliyini belə ləyaqətli mövqe sərgiləməyə çağırıb.
 
Ərdoğan öz postuna gələcəyin videoçarxını əlavə edib, burada 2040-cı ildə dünyanın müxtəlif guşələrindən olan uşaqların yaşlı nəsilə "Qəzzada soyqırım baş verəndə nədən fəaliyyətsiz qalıb susmusunuz?" sualı ünvanlanıb.
Link kopyalandı!
Son xəbərlər