Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ prezidentliyinə namizəd Kamala Harris "CBS" telekanalının “60 dəqiqə” telekanalına geniş müsahibəsində ABŞ və İsrail arasında, o cümlədən Co Bayden administrasiyası ilə baş nazir Benyamin Netanyahu arasında münasibətlərdən danışıb.
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
Jurnalist Bill Uitaker “ABŞ-ın İsrailə milyardlarla dollarlıq hərbi yardımına baxmayaraq, Netanyahu Ağ Ev administrasiyasının fikirlərinə məhəl qoymur və onun İrana qarşı təhdidləri regional müharibəyə başlamaqla hədələyir. "Administrasiyanın Netanyahuya təsiri varmı?" – deyə soruşub.
Harris vurğulayıb ki, ABŞ hərbi yardımı İsrailə özünü müdafiə etmək, o cümlədən İranın atdığı 200 ballistik raketi dəf etmək imkanı verir. " "HƏMAS", "Hizbullah", İrana gəldikdə, biz İsrailə özünü müdafiə etmək imkanı verməliyik", -deyə bildirib.
Onun sözlərinə görə, eyni zamanda ABŞ-ın öz prinsiplərini müdafiə etdiyi diplomatik dialoq davam edir: müharibəni dayandırmaq, humanitar yardım çatdırmaq və girovların evlərinə qayıtmasını təmin edəcək saziş bağlamaq zərurəti. "Biz bu məsələlərdə İsrailə təzyiq etməyi dayandırmayacağıq", deyən Harris, bu təzyiqin vəziyyətdə irəliləyişə səbəb olduğunu əlavə edib.
Uitaker həmsöhbətindən Netanyahunun ABŞ-ın yaxın müttəfiqi olub-olmadığını soruşub. Buna Harris belə cavab verib: "Daha əsas sual Amerika və İsrail xalqlarının yaxın müttəfiq olub-olmamasıdır. "Və bu sualın cavabı bəlidir", - deyə vurğulayıb.
S.Laçın